Ağ Ev sentyabrın 26-da açıqladığı bəyanatda bütün ehtiyacı olanlar üçün Qarabağa humanitar yardımın davam etdirilməsinə çağırıb.
“Dağlıq Qarabağda yanacaq məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması və yüzlərlə insanın yaralanması ilə bağlı xəbəri kədər hissi ilə qarşılayırıq və Dağlıq Qarabağ sakinlərinə və zərərçəkənlərin hamısına dərin hüznlə başsağlığı ifadə edirik,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Adriyen Vatsonun açıqladığı bəyanatda deyilir.
Bəyanatda 28 min insanın Qarabağdan Ermənistana keçdiyi vaxt ABŞ-ın davam edən böhrandan əziyyət çəkənlərə dəstəyini davam etdirəcəyi bildirilir.
Eyni zamanda, hazırda Ermənistanda olan ABŞ Beynəlxalq İnkişaf Agentlyinin (USAID) rəhbəri Samanta Pauerin Birləşmiş Ştatların tibbi və digər fövqəladə ehtiyacları ödəmək üçün yeni humanitar yardımını elan etdiyi qeyd edilir.
Reuters xəbər agentliyinin Ermənistan hökumətinə istinadən verdiyi məlumat görə, sentyabrın 26-da yerli vaxtla 16:00-a olan məlumata görə, Qarabağdan Ermənistana gələn erməni sakinlərin sayının 28 120 nəfər təşkil edib.
Yerevanda səfərdə olan USAID rəhbəri Samanta Pauer Azərbaycanı “atəşkəsə riayət etməyə və Dağlıq Qrabağda yerli sakinlərin hüquqularını qorumaq üçün konkret addımlar” atmağa səsləyib.
Pauer Azərbaycan prezidenti İlham Əliyevi etnik ermənilərin hüquqlarını qorumaq barədə verdiyi vədə əməl etməyə və əraziyə yardım və bynəlxalq monitorinq missiyasının buraxılmasına çağırıb.
Prezident İlham Əliyev televiziya ilə müraciətində Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verdiyini, eyni zamanda Qarabağın müstəqillik ideyasının bitdiyini bəyan edib.