Şimali Koreya Rusiya ilə əməkdaşlığın qonşular üçün “təbii” olduğunu deyir

Şimali Koreya bazar ertəsi Cənubi Koreya prezidenti Yun Suk Yeolu lider Kim Çen Unun Rusiyaya səfərindən sonra Moskva ilə əməkdaşlığını tənqid etdiyinə görə qınayıb.

Keçən həftə BMT Baş Assambleyasında çıxış edən Yun deyib ki, əgər Rusiya Ukraynadakı müharibəyə yardımına görə Şimali Koreyaya silah proqramlarını artırmaqda kömək etsə, bu, “birbaşa vrovokasiya” olar.

KCNA xəbər agentliyi tərəfindən yayımlanan məlumatda Şimal Yunu Rusiya ilə dostluq əməkdaşlığına "bədxassəli" böhtan atdığına görə qınayıb və onun ABŞ üçün "dinamik" rolunu oynadığını deyilib.

“Qonşu dövlətlərin bir-biri ilə sıx münasibət saxlaması tamamilə təbii və normaldır və bu cür praktikaya məna vermək üçün heç bir əsas yoxdur” - deyə, məlumatda bildirilir.

Kim keçən həftə Rusiya prezidenti Vladimir Putinlə hərbi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə etdiyii bir həftəlik Rusiya səfərindən vətənə qayıdıb.

ABŞ və Cənubi Koreya rəsmiləri Pxenyanı nüvə və raket proqramları üçün texnoloji yardım əldə etməyə çalışdığını, Rusiyanın isə Ukraynadakı müharibə üçün azalmaqda olan ehtiyatlarını artırmaq üçün Şimaldan sursat almağa cəhd edə biləcəyindən narahat olduqlarını bildirib.

Şimali Koreyanın silah proqramlarına kömək edən hər hansı fəaliyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən qadağandır.

“KXDR-in xarici siyasət heç nə ilə bağlı olmayacaq və onun yaxın qonşularla dostluq və əməkdaşlıq münasibətləri möhkəmlənməkdə davam edəcək”, şərhdə deyilib.