Bayden BMT Baş Assambleyasında çıxışında Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyib

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Co Bayden Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışında Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsini BMT nizamnaməsinin fundamental prinsipinin pozulması kimi qınayıb.

Prezident Co Bayden Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışında dünya liderlərini onun Amerikanın liderliyi ilə baxışı və xarici siyasətə çoxtərəfli yanaşmasının dünyanın ən aktual problemlərinin həllinə kömək edəcəyinə inandırmağa çalışıb. ABŞ prezidenti bir daha Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsini BMT nizamnaməsinin fundamental prinsipinin pozulması kimi pisləyib.