Sentyabrın 20-də Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində və başqa təşkilatlarda çalışmış keçmiş diplomat Emin İbrahimovun inzibati qaydada həbs olunduğu deyilir. Bu barədə vəkil Aqil Layıc məlumat verib.
Vəkil bildirib ki, keçmiş diplomata 30 gün inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.
Bundan əlavə, müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb, orada 4 saata yaxın dindirilib.
Sentyabrın 13-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Nurlan Qəhrəmanlı bildirib ki, o, DTX-da müharibə əleyhinə paylaşımlarına görə zorlama ilə təhdid olunub.