Zəncanda mədəni fəal Fərhad Hüseyni həbs edilib

Fərhad Hüseyni

Hüquq müdafiəçiləri mədəni fəal və türk dil haqları müdafiəçisi Fərhad Hüseyninin Zəncan şəhərində İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildiriblər.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən məmurlar Hüseynini sentyabrın 19-da saxlayıblar.

Keçən günlər ərzində İran Azərbaycanının müxtəlif şəhərlərində həm Urmiyə gölü üçün yürüdülən etiraz və maarifləndirmə kampaniyaları, həm də İrandakı sentyabr 2022 etirazlarının ildönümü ilə əlaqədar mədəni və siyasi fəallara qarşı təzyiqlər artıb.

Fərhad Hüseyninin hansı səbəblərə görə tutulduğu və hazırda harada saxlanıldığına dair məlumat yoxdur.

Hüseyninin illərdir ki, türk dil hüquqları və bəzi digər milli-mədəni məsələlər üzrə fəaliyyət yürütdüyü bildirilir. O, keçən illərdə, o cümlədən Zəncan mədəniyyət ocaqlarında türk dili müəllimi kimi fəaliyyət göstərib.