Azerbaijani - Ötən həftə foto-şəkillərdə - Dekabr 13-17

"WikiLeaks" təsisçisi Culian Assanj dekabr 17-də İngiltərənin Norfolk şəhərindəki Ellington Zalı qarşısında mətbuata açıqlama verərkən nəfəsini dərir. Böyük Britaniya hakimi onu 200 000 funt sterlinq (317 000 dollar) müqabilində zaminə buraxıb.

Dekabrın 14-də Assanj Londonda polis maşınında Westminster Magistrates məhkəməsindən aparılarkən (/Paul Hackett/Reuters)

Dekabrın 16-da Çin polisinin tibetli nümayişçini saxlayarkən (Adnan Abidi/Reuters)

Dekabrın 16-da Birmanın mərkəzi məscidində Aşura günü münasibətilə şiə müsəlmanlar alovun üzərində yeriyir. (Soe Zeya Tun/Reuters)

Aşura günü Birmada (Soe Zeya Tun/Reuters)

Yunanıstanın sabiq mühafizəkar nəqliyyat naziri Kostis Hatzidakis dekabrln 15-də 200-ə yaxın solçunun hücumuna məruz qalandan sonra. Daş və çubuqlarla hücum edən namayişçilər "Oğrular", "Ayıb olsun sizə" kimi şüarlar səsləndiriblər.

İranda şiə müsəlmanlar Aşura günündə İmam Hüseynin ölümünü üzərini palçıqlamaqla qeyd edirlər. 16 dekabr 2010

Londonda güclü qar insanların fəaliyyətinə mane olur 17 dekabr 2010 REUTERS/Stefan Wermuth

Prezident Barak Obama bayram tədbirindən sonra Ağ Evin sütunları arasında fit çala-çala gəzir. 14 dekabr 2010 (Pete Souza/White House)

ABŞ-ın sabiq prezidenti Corc Buş xanımı ilə birlikdə kitabının imzalanması mərasimində - Atlanta 16 dekabr 2010

Nyu-Yorkda yeni Dünya Ticarət Mərkəzinin 52-ci mərtəbəsində çalışan usta -16 dekabr 2010