İran teokratiyası həm ölkədə məcburi hicab qanunu ilə bağlı ümummilli etirazların qarşıdan gələn ildönümünə məhəl qoymamağa, həm də daha çox iğtişaş ehtimalını aradan qaldırmağa çalışır.
Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin ölümünün əks-sədası İranda hələ də davam edir. Bəzi qadınlar hakimiyyət tərəfindən artan təzyiqlərə baxmayaraq, hicabsız gəzməyi seçir.
İran hökumətinin əleyhinə olan qraffiti Tehranın bələdiyyə işçiləri tərəfindən sürətlə qara rəngə boyanır. Universitet professorları nümayişçilərə açıq dəstək verdikləri üçün işdən qovulur.
İran uzun illər davam edən qarşıdurmadan sonra regionun digər xalqları və Qərblə gərginliyi azaltmağa çalışsa da, İrana qarşı beynəlxalq təzyiq yüksək olaraq qalır.
Bir il əvvəl ölkənin əxlaq polisi tərəfindən həbsindən sonra Əminin ölümü ilə bağlı baş qaldıran hicaba görə nümayişlər 1979-cu il İslam İnqilabından sonra İran teokratiyasına qarşı ən böyük çağırışlardan birini təmsil edir.
Bundan sonra təhlükəsizlik qüvvələrinin basqısı nəticəsində 500-dən çox adam öldürülüb, 22 mindən çox adam saxlanılıb.
İran hökuməti, o cümlədən ali ruhani rəhbər Ayətullah Əli Xameneyi iddianı dəstəkləmək üçün sübut təqdim etmədən iğtişaşları qızışdırmaqda Qərbi günahlandırıb.
Bununla belə, etirazlar 2018-ci ildə ovaxtkı prezident Donald Trampın Amerikanı birtərəfli qaydada razılaşmadan çıxarması və İranın dünya gücləri ilə nüvə sazişinin iflasından sonra İranın 80 milyon əhalisinin üzləşdiyi geniş iqtisadi problemləri daha da qızışdırrıb..
Qərbin sanksiyalarının bərpası ilə İranın pul vahidi rial ciddi dəyər itirib. Qismən koronavirus pandemiyası və Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra dünya miqyasında baş verən təzyiqlər səbəbindən inflyasiya xalqı bürüdükcə ərzaq və digər zəruri məhsulların qiymətləri kəskin şəkildə artıb. İranlı gənclərin 20%-i işsizdir. İşsizlik rəsmi olaraq 8% təşkil edir.
Keçən il nümayişlərin videoları nümayişlərdə çoxlu gəncin iştirak etdiyini göstərdi ki, bu da hakimiyyətin son həftələrdə İran universitetlərinə daha çox diqqət yetirməsinə səbəb oldu.
İslahatçı Etemad qəzetinin hesabatına görə, azı 110 universitet professoru və müəllimi işdən çıxarılıb və ya müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Təzyiqlər əsasən Tehrandakı məktəblərə, o cümlədən Tehran Azad Universiteti, Tehran Universiteti və Tehran Tibb Universitetinə yönəlib.
Etemad işdən çıxarılanların iki qrupa bölündüyünü deyib: Sərtxətt tərəfdarı prezident İbrahim Rəisinin seçilməsindən narahat olan müəllimlər və Əmininin ölümündən sonra baş verən etirazları dəstəkləyənlər.
Son günlər Tehran küçələrində daha çox polis zabiti, o cümlədən ölkənin paytaxtında motosiklet sürənlər üçün keçid məntəqələri yerləşdirilib. NetBlocks müdafiə qrupunun bildirdiyinə görə, son günlər internetə çıxış nəzərəçarpacaq dərəcədə pozulub.
İran dövlət mediası həftə sonu Parisdəki İran səfirliyi qarşısında birinin təkərləri yandırdığını bildirib.
Əmininin ildönümü ilə bağlı şənbə günüdünyanın bir çox şəhərlərində nümayişlərin keçirilməsi planlaşdırılır.