Azərbaycan Demokratiya və Rifah Hərəkatının həbsdə olan sədri, professor Qubad İbadoğlunun qardaşı Qalib Toğrul sağlamlıq sənədlərində onun müayinə və analiz nəticələrinin saxtalaşdırıldığını bildirib.
"Hakimiyyət Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün tərtib etdiyi sağlamlıq sənədlərində qardaşımın səhhəti ilə bağlı 25 iyuldan başlayaraq keçirilmiş müxtəlif müayinə və analizlərin nəticələrində total saxtalaşdırma aparıb", Qalib Toğrul Facebook səhifəsində yazıb
Onun sözlərinə görə, tibbi nəticələrin alınması üçün vəkil Zibeydə Sadıqova iyulun sonundan dayanmadan sorğu göndərib, ya imtina gəlib, ya cavab verməyiblər.
"Sonuncu sorğu ilə bağlı sentyabrın 4-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Bakı İstintaq Təcridxanası üzrə kuratoru Elnur Məmmədovla danışdım, nəticələri istədim, dedi, 10 günə versək, şükür edin. Ancaq sabahsı gün tez-tələsik Zibeydə xanıma zəng edib ki, gəlin sənədləri götürün və yarım-yarımçıq nəticələri (cəmi 21 səhifə, halbuki tam nəticə 80 səhifəyə yaxındır) veriblər", o bildirib.
Qalib Toğrul nəticələrin hansı səbəblər tələsik verilməsini sual edib.
"Çünki quyruqları qapı arasında qalıb, cavab məktubunu Avropa Məhkəməsinə göndərilən sənədlərə əlavə edəcəklər (ediblər də) ki, nəticələri verdik.
Nəticələri bir neçə həkimlə (kardioloq, endokrinoloq) analiz etmişik. Tam fiasko!", o bildirib.
Qubad İbadoğlunun qardaşı nəticələrin saxtalaşdırıldığını iddia edir.
"Xolesterin, hemoqlobin, ALT, AST, Kreatinin, qan təzyiqi, xülasə bütün göstəricilər ideal səviyyədə, heç bir göstəricidə kənalaşma yoxdur, obyektiv görünmək xatirinə yalnız qanda şəkərlə bağlı göstəricini bir qədər atrırıblar, onu da olduğu kimi yazmağa cəsarət etməyiblər. Bunlar hətta o qədər uzağa gediblər ki, qardaşımın dediklərini də saxtalaşdırıblar. "Məhkumun tibbi kitabçası"nda bir neçə dəfə həyasızcasına yazıblar ki, Qubad İbadoğlu bizə səhhəti ilə bağlı heç bir şikayətinin, narahatlığının olmadığını dedi", o qeyd edib.
Qalib Toğrul nəticələrin saxtalaşdırılması ilə bağlı iddiaların faktla sübut olunmasını qeyd edib.
"Bütün analiz nəticələrinin qələmlə, əllə (manual) yazılması. Hazırda bütün kliniklarada xəstənin ID göstəriciləri kompüterə daxil edilir və kompüter özü nəticələri emal etdikdən sonra onları avtomatik qeyd edir, göstəriciləri əllə yazmağa ehtiyac qalmır. Təqdim olunan analiz nəticələrinin bəzilərinin sonunda həkim-laborantın adının olmaması. Nəticələrin bəzilərinin sonunda həkimin yalnız imzası var, adı və soyadı yoxdur. Qanın biokimyəvi analizinin bütün göstəricilərinin norma daxilində olması. Ürəyində aortanın anevrizması, sol mədəciyin hipertrofiyası və diastolik disfunksiya kimi ciddi problemləri , yüksək şəkəri və arterial təzyiqi olan, iki aya yaxın müddətdə həbsxanada oturaq həyat tərzi keçirən şəxsin qan analizi nəticələri bu qədər ideal ola bilməz", Qalib Toğrul bildirib.
Qubad İbadoğlunun qardaşı açıqlamasında qeyd edib ki, qan analizləri "necə gəldi, harda oldu" götürülüb.
"Qardaşımdan qan analizi antisanitar şəraitdə, kameranın qapısının kiçik gözlüyündən qolun bayıra çıxarılması yolu ilə və günün istənilən vaxtında, analiz oncəsi şərtlərə əməl olunmadan götürülüb. Halbuki səhərisi gün analiz verməli şəxs gecə saat 12:00-dən sonra yemək yeməməli, səhər saat 7-8 arası analiz olunmalı və mütləq bütün analizlər acqarına verilməlidir. Təcridxanada qeyd etdiyim şərtlərin heç birinə əməl olunmayıb, qardaşım analiz öncəsi xəbərdar edilməyib", o bildirib.
İddialarla bağlı Penitensiar Xidmətdən hələlik mövqe almaq mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.