Misirdə sentyabrın 10-da açıqlanan rəqəmlərə əsasən, illik inflyasiya 39.7 faizə çatıb. Bu, Ərəb dünyasının ən çox əhalisi olan ölkəsində müşahidə edilən ən yüksək inflasiya göstəricisidir.
İyul ayında açıqlanan rəqəmlərdə iflyasiya 38.2 faiz idi. Qiymətlərin bahalaşması yeri valyutanın ABŞ dollarına müqayisədə dəyərini iki dəfə itirməsi fonunda baş verir.
Dövlət statistika agentliyinə əsasən, qida və içkilərin dəyəri il ərzində 71.9 faiz artıb.
İdxaldan asılı olan Misirdə iqtisadi böhran keçən il Rusiyanın Ukraynaya hücumundan sonra başlayıb. Müharibə qlobal müstəvidə qida tədarükü ilə bağlı problemlərə səbəb olub.
Hətta böhrandan öncə belə Misir əhalisinin 30 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Dünya Bankının məlumatına görə, əhalinin daha 30 faizi yoxsulluq səviyyəsində düşmə təhlükəsi altındadırlar.
105 milyon əhalisi olan Misir son illər neftlə zəngin körfəz ölkəkəri və Beynəlxalq Valyuta Fondunun dəstəyindən asılı idi. Rəsmi məlumatlara görə, ölkənin xarici borcu son 10 il ərzində 3 dəfə artaraq, rekord 165.4 milyard dollar təşkil edib.