Rusiya Zelenskinin doğulduğu şəhərə raket zərbəsi endirib, bir polis əməkdaşı həlak olub

Ukraynanın Daxili İşlər Naziri İqor Klimenkonun verdiyi məlumata əsasən Rusiyanın Krıvıy Rih şəhərinə raket zərbəsi endirməsi nəticəsinə bir polis məmuru ölüb, onlarla insan yaralanıb. Krıvıy Rih Ukrayna prezidenti Volodimir Zelenskinin doğulduğu şəhərdir.

Digər tərdəfən isə Ukrayna Hərbi Hava Qüvvələri cümə günü səhər saatlarında Rusiyadan atılan 20 Şahed dronundan 16-nı Odessa vilayətində vurub. Region qubernatoru Oleh Kiper Telegramda bildirib ki, bu həftə Odessa beşinci dəfə hədəfə alınıb.

Kiper həmçnin İzmail bölgəsinə beş gün ərzində dörd dəfə hücum həyata keçirildiyini bildirir. O, hücum nəticəsində bir nəfərin yaralandığını bildirib. Kiper həmçinin hücum nəticəsində liman infrastrukturu obyektləri və inzibati binanın da zərər gördüyünü xəbər verib.

Rusiya tərfindən Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirlən zərbə nəticəsində ən azı üç nəfər yaralanıb.

Bu arada ölkə prezidenti Volodimir Zelenski davam edən əks-hücumunun bir hissəsi olaraq Ukraynanın şərqində və cənubunda cəbhədə rus qoşunlarına qarşı “çox, çox təsirli” hücumlara görə üç hərbi hissəni tərifləyib.

Zelenski gecə etdiyi video müraciəti zamanı deyib ki, bir milli qvardiya bölməsi şərqdə, ikisi cənubda döyüşürdü. “İşğalçıların məhv edilməsində əldlə edilən çox və çox təsirli nəticələrə görə əsgərlərə təşəkkür edirəm” deyən Zelenski əlavə edib ki, "Və bu nəticələr Ukraynanın indi hamıdan ehtiyac duyduğu şeydir."