Ərdəbildə bir bloger təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib

Ərdəbil vilayətinin Ədliyyə İdarəsi

İran mediası Instagram sosial meda platformasında fəal olan blogerin həbs edilməsi barədə məlumat yayıb.

İranın rəsmi xəbər agentliyi İRNA xəbər verib ki, Ərdəbildə bir bloger “müqəddəsləri təhqir etmək” cinayətinə görə həbs edilib. Dərc olunan xəbərə görə, o, Ərdəbil prokuroru Cəlal Afaqinin əmri ilə həbs edilib və hazırda həbsxanada saxlanılır.

Ərdəbil vilayətinin ədliyyə rəsmisi bu blogerin Instagram səhifəsində yayımlanan videonun məzmununu açıqlayarkən, "ibadətgahların bərpası və və yenidən qurulmasının" təhqir edildiyini bildirib.

Afaqi bildirib ki, bu şəxsin həbsinin səbəbi “Ərbəin günlərində müqəddəslər haqqında təhqiramiz videonun paylaşılması” ilə əlaqədar olub.

Həbs olan şəxsin adı və kimliyi barədə məlumat verilməyib.

SEE ALSO: İranın Ərak həbsxanasında saxlanılan iki vicdan məhbusu edam edilib

İran İslam Respublikasının cinayət qanunlarında müqəddəsləri təhqir etmək ittihamı bir ildən beş ilədək həbslə nəticələnə bilər, lakin məhkəmə, "Səb-ən-Nəbi" yəni peyğəmbəri təhir etmək cinayətinin baş verdiyini müəyyən etdiyi təqdirdə, edam hökmü ilə nəticələnə bilər.

İran İslam Respublikasının din sahəsində apardığı siyasətlərə və hökumətin işlərində din və siyasətin ayırd edilməməsi bəzi hallarda məhkəmə sisteminin vətəndaşların tənqidlərini "müqəddəsləri təhqir etmək" kimi qiymətləndirib cinayət işi başlatmasına səbəb olur.