Yerli medianın bildirdiyinə görə, İranın Hərbi Hava Qüvvələri “hava qüvvələrinin təlim və döyüş qabiliyyətini təkmilləşdirmək” üçün qabaqcıl Rusiya döyüş təlimçi təyyarələri alıb.
“Bir sıra Yak-130 təlim təyyarəsi ölkəyə daxil olub və İranıni İsfahan şəhərindəki Şəhid Babaei aviabazasına qoşulub”, “Tasnim” agentliyi xəbər verib.
Agentlik ordunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirib ki, Yakovlev Yak-130-un gəlişi İslam Respublikasının “Rusiya Federasiyası ilə silah müqavilələri” çərçivəsində baş verib.
Rusiya və İran ticarəti məhdudlaşdıran beynəlxalq sanksiyalar altındadır, lakin ötən il ərzində hərbi əməkdaşlıq da daxil olmaqla, müxtəlif sektorlarda güclü əlaqələr qurub.
Mart ayında İran Rusiyadan Sukhoi Su-35 qırıcılarının alınması ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.
Ukrayna və onun bir çox Qərb müttəfiqləri Tehranı Kyivə qarşı müharibədə istifadə etmək üçün Moskvanı silahla təmin etməkdə ittiham edirlər. İran iddiaları ardıcıl olaraq rədd edir.
May ayında ABŞ bildirib ki, İran və Rusiya “görünməmiş müdafiə tərəfdaşlığını genişləndirir”.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi o zaman deyib ki, İran keçən ilin avqustundan bu yana Rusiyaya 400-dən çox pilotsuz təyyarə çatdırıb. O əlavə edib ki, Tehran Rusiyadan hücum helikopterləri, radarlar və Yak-130 təyyarələri almağa çalışır.
Hazırda İranda əsasən Sovet dövründən qalma Rusiyaya məxsus MiQ və Sukhoi döyüş təyyarələri, həmçinin bəzi Çin təyyarələri, o cümlədən F-7 var.
1979-cu il İslam İnqilabından əvvələ aid bəzi Amerika F-4 və F-5 döyüş təyyarələri də İran donanmasının bir hissəsidir.