İran Azərbaycanının Qaradağ bölgəsində daşqınlar nəticəsində 60-dan çox kəndə ziyan dəyib və onlarla insan xəsarət alıb.
Gecə saatlarında yağan dolu və yağışlar Qaradağ bölgəsində bəzi şəhər və kənd yerlərində böyük daşqınlara səbəb olub.
Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, daşqınların verdiyi ziyanın genişliyi haqqında dəqiq açıqlamalar olmasa da, kənd təsərrüfatı, bağlar, yollar, mal-qara, evlər və avtomobillərə ziyan dəydiyi bildirilib.
Şərqi Azərbaycan vilayətinin böhranı idarəetmə baş direktoru Məhəmmədbağır Hünərbər çərşənbə günü İRNA-ya müsahibədə Qaradağ selinin Əhərdə 31 kənd, Vərziqanda 20 kənd və Xudafərində 10 kəndə ziyan vurduğunu açıqlayıb.
Hünərbər daşqınlar səbəbilə həmçinin 40 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, bunlardan 5 nəfəri tibbi mərkəzlərə köçürülüb, digərləri isə ayaq üstü müalicə olunub.
Yarı-rəsmi Fars xəbər agentliyi isə Əhər və Vərziqanda şəhər və kənd bölgələrində 300-dən artıq evin xəsarət aldığını bildirib.
SEE ALSO: Ərdəbildə sel fəlakətində itkin düşən dörd qız və bir kişinin cəsədləri tapılıbİran Azərbaycanının Qaradağ bölgəsi ölkənin ən məhrum bölgələrindən biri kimi tanınır. Keçən 50 il ərzində Qaradağ əhalisinin böyük bir hissəsi Tehran və Əlburz vilayətlərinə, bəziləri isə Təbriz və Urmiyə kimi şəhərlərə mühacirət ediblər.