Zibil yığmaqla ailəsini dolandıran 73 yaşlı kişi: “Uşaqlara görə edirəm bunu, əlaçıdır ikisi də”

Your browser doesn’t support HTML5

Mirəli Abdullayev 330 manat pensiya ilə ailəsini dolandırmalıdır. Amma bacarmır. Deyir ki, o pul heç nəyə bəs etmir. Bu yaşda ona iş verən yoxdur deyə, məcburdur başqa qazanc yolları tapsın. Ona görə də zibilliklərdən alüminium qablar yığıb satır.