FİFA İspaniya Futbol Federasiyasının prezidentini vəzifəsindən kənarlaşdırıb

Spanish Soccer Federation Meeting

FİFA şənbə günü İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi intizam komitəsi onun qadınlar arasında Dünya Kubokunun finalında razılığı olmadan oyunçu ilə öpüşməsi də daxil olmaqla davranışını araşdırdığı zaman vəzifəsindən kənarlaşdırıb.

FİFA bildirib ki, Rubiales cümə axşamı ona qarşı “intizam işi açılana qədər” 90 gün müddətinə futbol fəalliyyətlərindən kənarlaşdırılıb.

Rubiales İspaniya Futbol Federasiyasının Baş Assambleyasının cümə günü fövqəladə iclasında İspaniya hökuməti, qadın oyunçular, futbol klubları və rəsmilər tərəfindən güclü təzyiqlər nəticəsində istefa verəcəyi gözlənildiyi zaman futbol federasiyasının prezidenti vəzifəsindən istefa verməkdən imtina edib.

FİFA intizam komitəsinin verəcəyi qərarla bağlı heç bir vaxt göstərməyib. Qurumun intizam komitəsinin hakimləri ayrı-ayrı şəxslərə xəbərdarlıq və cərimələrdən tutmuş idmandan uzaqlaşdırılmağa kimi sanksiyalar tətbiq edə bilər.

FİFA-nın qərarı İspaniyanın Avstraliyada, Sidneydə İngiltərə üzərində 1:0 hesabı ilə qələbəsindən sonra medal və kubokun təqdimatı zamanı baş verən öpüşlə bağlı Rubialesin versiyasını qəbul etməkdən imtina etdiyi üçün İspaniya federasiyasının futbol ulduzu Cenni Ermosonu mühakimə etməklə hədələdikdən sonra verilib.

FİFA-nın fəaliyyətin dayandırılması qərarı ilə Rubialesin futbol sahəsində fəaliyyəti və ya digər rəsmilərlə əlaqə saxlamasının qarşısı alınmalıdır.

FİFA intizam komitəsinin hakimi Xorxe Palasio da şənbə günü Ermosonun “əsas hüquqları” və intizam işinin bütövlüyünü müdafiə etmək üçün məsələyə müdaxilə edib.

Rubiales UEFA-nın vitse-prezidentidir və Avropanın ən yüksək futbol qurumunun yüksək zirvəsində ildə 270.000 dollar və əlavə gəlirlə üçüncü seçilmiş vəzifəni tutur.

O, 2019-cu ildə UEFA-ya üzv federasiyalar tərəfindən icraiyyə komitəsinə seçilib və bir neçə həftə sonra UEFA prezidenti Aleksander Çeferin onu vitse-prezident vəzifəsinə təyin edib.

Nə UEFA, nə də Çeferin bu həftə Rubiales qalmaqalı ilə bağlı şərh verməyib. FİFA artıq iki dəfə məsələyə müdaxilə edib.