Təbrizdə yaşayan Azərbaycan rəqs müəllimi Peyman İbrahimi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin məlumatına görə, Peyman İbrahimi həbs edilərək naməlum yerə aparılıb.
Peyman İbrahiminin atasının evində kəşfiyyat agentlərinin evə reydi nəticəsində həbs edildiyi bildirilir.
O, tanınmış incəsənət xadimi Aşıq Qafar İbrahiminin oğludur.
İran Azərbaycanı ilə bağlı xəbərlər dərc edən bəzi Telegram kanalları təhlükəsizlik agentlərinin onu həbs edərkən döydüyü barədə məlumat yayıb.
Peyman İbrahiminin həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.