Pakistanın şərqindəki Pəncab əyalətində avtobus şəhərlərarası avtomobil yolununkənarında dayanmış mikroavtobusu vurduqdan sonra alovlanıb, ən azı 18 nəfər ölüb, 13 nəfər yaralanıb, polis və xilasetmə rəsmiləri bazar günü bildiriblər.
Yüksək səviyyəli polis zabiti Fahad Əhmədin bildirdiyinə görə, qəza bazar günü səhər saatlarında İslamabada gedən avtobusun Lahor-İslamabad avtomobil yolunda mikroavtobusu vurduğu Pindi Bhattian yaxınlığında baş verib.
Mikroavtobus yanacaq cəlləkləri daşıyırdı və bu, avtobusda yanğına səbəb olub.
Əhmədin sözlərinə görə, avtobusda 40-dan çox sərnişin olub. Xilas edilənlər ağır yanıb, o cümlədən bir neçəsinin vəziyyəti ağırdır. Digər sərnişinlər pəncərələrdən qaçaraq yüngül yanıq xəsarətləri alıb.
Polis hər iki avtomobilin sürücüsünün öldüyünü bildirib.
Təhlükəsizlik standartlarına riayət edilmədiyi və yol hərəkəti qaydalarının pozulduğu Pakistan magistrallarında belə qəzalar tez-tez baş verir. Yorğun sürücülər də uzun səyahətlər zamanı sükan arxasında yuxuya gedirlər.