Seçkilərə müdaxilə iddiasında reket ittihamları Tramp üçün riskləri artırır

Your browser doesn’t support HTML5

Corciya ştatında böyük münsiflər məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və 18 nəfəri onun 2020-ci ildə məğlub olduğu seçkilərin nəticələrini ləğv etmək cəhdlərində ittiham edib. Ekspertlər Trampın seçki nəticələrini dəyişdirmək cəhdlərinin Amerika demokratiyası üçün təhlükə olduğunu deyir.

Corciya ştatında böyük münsiflər məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və daha 18 nəfəri onun 2020-ci ildə məğlub olduğu seçkilərin nəticələrini ləğv etmək cəhdlərində ittiham edib. Bəzi ekspertlər Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini dəyişdirmək cəhdlərinin Amerika demokratiyası üçün təhlükə olduğunu bildirir və Corciya ştatında irəli sürülən ittihamları məsuliyyətə aparan yol olaraq alqışlayırlar. Ekspertlər eyni zamanda bildirirlər ki, son ittihamların mahiyyəti Trampla birlikdə ittiham edilən şəxslərə ona qarşı ifadə vermək üçün əlavə stimul verə bilər.