İranda hüquqlarının təmin olunmamasına etiraz edən əlilliyi olan vətəndaşlar müxtəlif şəhərlərdə aksiya keçirməyə davam edirlər.
Əlilliyi olan vətəndaşların növbəti aksiyası bazar günü təşkil olunub. Ərdəbil, Qum, Məşhəd, İsfahan, Kirman və Kirmanşah kimi şəhərlərdə mitinqlər dövlət rifah təşkilatı (Behzisti) şöbələrinin önündə keçirilib.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, mitinqlərdə əlilliyi olan vətəndaşlara dəstək qanununun 27-ci maddəsinin icra edilməməsinə etiraz edilib.
"27-ci maddəyə əsasən, dövlət ağır əlilliyi olan və heç bir işi və ya gəliri olmayan əlil vətəndaşlar üçün yaşayış müavinəti müəyyən etməli və bunu illik büdcə qanunlarına daxil etməlidir. Yaşayış müavinəti minimum əməkhaqqına bərabər olmalıdır. Ancaq təqribən 6 il əvvəl qəbul edilmiş əlilliyi olan vətəndaşlara dəstək qanununun lazımi icra zəmanəti yoxdur. Hökümət builki büdcə tənzimləmələrində bu qanuna məxsus büdcə vəsaitini ləğv edib," deyə, agentlik bildirin.
SEE ALSO: Ərdəbildə təqaüdçülər "hökümət xəyanət edir, məclis onu dəstəkləyir" şüarı səsləndiribİran İşçilərinin Azad Birliyi kimi mənbələrin yaydığı görüntülərdə mitinqlərə qatılan vətəndaşların əllərində plakatlar nümayiş etdiyi görünür. Plakatların birində yazılıb ki, "əlilliyi olan vətəndaşlarla bağlı qanunun tətbiq edilməməsi insan ləyaqətinin alçaldılması və ölkədə insan haqlarının açıq şəkildə pozulmasıdır."