Birləşmiş Ştatlar Konqresinin bir neçə üzvü Azərbaycan rəsmilərini London İqtisadi və Siyasi Elmlər Məktəbinin professoru Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb. Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da Qubad İbadoğlunun həbsilə bağlı narahatlıqlarını ifadə edərək, onun azad edilməsinə çağırıblar. ABŞ Dövlət Departamentinin nümayəndəsi Birləşmiş Ştatların insan hüquqları ilə bağlı narahatlıqları açıq və fərdi qaydada ifadə etdiyini bildirib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlunun həbsinə və ABŞ-ın Azərbaycanda insan hüquqları sahəsində durumla bağlı reaksiyaları haqda danışıb.
Riçard Kazlariç: Qubad İbadoğlunun həbsi onun özü, ailəsi və Azərbaycan üçün qəbuledilməzdir
Your browser doesn’t support HTML5
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlunun həbsinə və ABŞ-ın Azərbaycanda insan hüquqları sahəsində durumla bağlı reaksiyaları haqda danışıb.