İranlı hüquq müdafiəçisinin həbs cəzası artırıldı

Tanınmış iranlı insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi əlavə bir il həbsə məhkum edilib.

Məhəmmədiyə yaxın adamlar tərəfindən idarə olunan Instagram hesabında məlumat verilib ki, o, “İslam Respublikası quruluşuna qarşı təbliğat” maddəsinə əsasən məhkum edilib.

Məhəmmədinin toplam cəzası indi 10 il 9 ay və 154 şallaqdır.

Instagram hesabında bildirilir ki, bu yaxınlarda oxunan hökm hüquq müdafiəçisinə qarşı qaldrılmış beş cinayət işinin tərkib hissəsidir.

Mühakimə Evin Təhlükəsizlik Məhkəməsində, İnqilab Məhkəməsinin 29-cu şöbəsində hakim Məzlumun rəhbərliyi ilə aparılıb.

Nərgiz Məhəmmədi İslam Respublikasının və onun şou-məhkəmələrinin legitimliyini tanımadığını bəyan edərək prosedurda iştirak etməkdən imtina edib.

Hökm ona Evin Həbsxanasının qadınlar saxlanan bölməsində təqdim olunub vəı Məhəmmədi sənədi imzalamaqdan boyun qaçırıb.

51 yaşlı insan haqlaqrı müdafiəçisi dəfələrlə İran hakimiyyəti tərəfindən məhkum olunub. 2020-ci ilin sentyabrında o, beş illik məhbəs həyatında sonra sərbəst buraxılmışdı.

2021-ci ilin iyununda ona yeni olaraq 80 şallaq cəzası və 30 ay həbs cəzası kəsilib.

İttihamlar sırasında “sistemə qarşı təbliğat, hməhbəsdə etiraz, məhbəs rəsmilırinə qarşl qiyam, şüşələri sındırmaq və diffamasiya” yer alıb.

2021-ci ilin noyabrından həbsdə olan Məhəmmədi məhkəmənin hökmünü rədd edir.