Rusiyada məhkəmə artıq həbsdə olan müxalifət lideri Aleksey Navalnını ektremizm ittihamları ilə 19 il həbs cəzasına məhkum edib. Navalnı hazırda siyasi motivli adlandırdığı müxtəlif ittihamlarla 9 illik həbs cəzası çəkir.
Siyasi liderə qarşı yeni ittihamlar Navalnının rəhbərlik etdiyi anti-korrupsiya fondunun fəaliyyətindən və onun yardımçlıarının son bəyanatlarından qaynaqlanır.
Kremlin əsas tənqidçilərindən biri hesab edilən Navalnı beşinci dəfədir ki, kriminal ittihamla məhkum edilir.
Prokuror Navalnıya 20 illik həbs cəzası istəmişdi və siyasi lider uzun-müddətli həbs cəzası alacağını gözlədiyini bildirmişdi.
Navalı hazırda “fırıldaq” və “məhkəməyə tabe olmamaq” ittihamları ilə həbsdədir.
Ekstremizm ittihamları üzrə məhkəmə Moskvadan bir qədər şərqdə məhbəs koloniyasında ictimaiyyətə qapalı şəkildə keçirilib.
Cümı günü məhkəmə zalına Navalnı məhbus geyimində və çəki itirmiş görkəmdə gəlib.
Hakim hökmü oxyarkən Navalnı və onun tərəfdaşları üzlərində ciddi ifadə ilə onu dinləyiblər.
47 yaşlı Aleksey Navalnı Rusiya prezidneit Vladimir Putinin ən qatı rəqiblərindən biridir. Dəfələrlə Kremlin korrupsiyasını ifşa edən siyasətçi ölkədə hakimiyyətə qarşı aksiyalar təşkil edib.
Kimyəvi əsəb maddəsi ilə zəhərləndikdən sonra Almaniyada müalicə olunan Navalnı 2021-ci ilin yanvarında Moskvada qayıdan kimi həbs olunub.