Reyçel Denber: Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu dərhal azad etməlidir

Your browser doesn’t support HTML5

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun həbsi, ona qarşı irəli sürülmüş ittihamlar və Azərbaycanda insan hüquqları sahəsində durum haqda danışıb.

Beynəlxalq ictimaiyyət Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, London İqtisad Məktəbinin professoru Qubad İbadoğlunun həbsi ilə bağlı narahatlıq ifadə edib. Human Rights Watch beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı açqladığı bəyanatda Qubad İbadoğlunun həbsini qınayıb və onun qondarma ittihamlar əsasında həbs edildiyini bildirib. Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə Qubad İbadoğlunun həbsi, ona qarşı irəli sürülmüş ittihamlar və Azərbaycanda insan hüquqları sahəsində durum haqda danışıb.