2022-ci ilin sentyabr ayında İranda baş qaldıran geniş etirazların ardınca ölkənin siyasi mühiti və xüxusilə müxalifət sıralarında ciddi dəyişiklik və hətta transformasiya yaşandığı görünür.
Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə müsahibəsində deyib ki, "sentyabr etirazları siyasi hərəkatlar, o cümlədən qeyri-fars millətlərin hərəkatlarına güclü və ya gücsüz olduqları sahələri göstərdi."
Your browser doesn’t support HTML5
Bu günlərdə Urmiyə və Təbriz şəhərləri başda olmaqla İran Azərbaycanında türk fəalların əsas gündəmi olan Urmiyə gölü məsələsi 2022 sentyabr etirazlarından öncə də geniş kampaniyalarla bərabər Azərbaycan Milli Hərəkatı sıralarında ən çox müzakirə edilən mövzu idi. Ancaq, ekeloji fəlakət məsələsi sentyabr etirazlarının başlaması ilə birlikdə fəalların gündəmindən çıxmışdı.
Əmir Mərdani müsahibədə Urmiyə gölündə baş verən ekoloji fəlakətin artıq geri dönülməz bir hala gəlməkdə olduğunu vurğulayıb:
SEE ALSO: Səməd Purmusəvi: İran hökümətinin Urmiyə gölü ilə bağlı səhvləri sənədləşdirilməlidir"Urmiyə gölü gerçəkdən də artıq diriltməsi mümkün olmayacaq nöqtəyə çatmaqdadır. Ona görə, bu vəziyyətə müdaxilə etmək gərəkir. Hər vasitə ilə suların Urmiyə gölünə gəlməsini təmin etmək gərəkir. Çünki Urmiyə gölünün qurumasından sonra artıq millət Güney Azərbaycandan köçməyə məcbur qalacaq."
Əmir Mərdani müsahibədə həmçinin son vaxtlar milli hərəkata mənsub qüvvələr arasında "milli hərəkatın prinsipləri" və "siyasiləşmə zərurəti" kimi mövzular, eləcə də İranın digər müxalif qrupları ilə əməkdaşlıq məsələsi üzərindən yaranan qızğın mübahisələrə dair öz düşüncələrini açıqlayıb.
Siyasi fəalın sözlərinə görə, "ana məsələ elə İranda olan son neçə ayların etirazlarıdır ki, bu mübahisələr oradan yola çıxaraq gündəmə gəlmişdir. O aksiyalar siyasi hərəkatlara, o cümlədən də qeyri-fars millətlərin hərəkatlarına göstərdi ki, hansı yerlərdə gücləri var və hansı yerlərdə gücsüzdürlər. Təbii olaraq, biz də milli hərəkat olaraq o gücsüz yerlərə diqqət edib və orada olan zəifliyi doldurmağa çalışmalıyıq. O aksiyalar, məsələn bunu göstərdi ki, biz artıq millətimizin fərqli kəsimlərinin sözlərini və söyləmlərini dilə gətirməyə cəhd etməliyik... Dolayısı ilə, bəlkə strateji olaraq bir dəyişiklik olmamışdır və buna gərək də duyulmur, amma taktika olaraq fərqli taktikaları götürməyimizin gərəkliliyi ortaya çıxmışdır."
SEE ALSO: İran Xalq Mücahidləri ilə bağlı yayılan bir bəyanat Azərbaycan Milli Hərəkatında mübahisələrə səbəb olubƏmir Mərdaninin nümayəndəsi olduğu Azərbaycan Öyrənci Hərəkatı (AZOH) təşkilatı keçən aylarda təşkil edilən və İran Xalq Mücahidləri (MEK) ilə bağlı verdiyi bəyanatla mübahisə mövzusu olan İranda Millətlərin Demokratik İttifaqının tərkibində olan güney təşkilatlarından biridir.
Mərdani "milli hərəkatın prinsipləri və qırmızı xəttləri" ilə bağlı həmin ittifaqa yönləndirilən tənqidlərə diqqət çəkərək deyib ki, qırmızı xəttlər zaman zaman daha az səsləndirilsə də, heç vaxt ayaq altına alınmayıblar.
SEE ALSO: Məhsa Mehdili: Milli Hərəkat adına atılan addımlar ciddi düşünülməlidir"Bu ittifaqda və ya gələcəkdə yarana biləcək ittifaqlarda və ya müzakirələrdə yeri gələndə o strateji qırmızı xəttlər bold edilir və daha yüksək səslə səsləndirilir... Bəzən də iş birliyi və ya müzakirələr irəliləsin deyə tərəflərin razılığı ilə o qırmızı xətlər ayaq altına alınmır, ancaq orada çox bold olunmur və ya çox dilə gətirilmir," siyasi fəal ifadə edib.