Hücumlar Ramazan ayının ilk həftəsinə təsadüf edir
Bu gün İraqda bomba partlayışları və atışmalar nəticəsində 10 adam həlak olub, bir neçə insan yaralanıb. Polisin bildirdiyinə görə, biri polis zabiti olmaqla, 3 nəfər İraqın paytaxtına istiqamət alan mikro-avtobusdakı partlayışın qurbanı olub. Bağdadın şimal bölgəsində 3 bomba partlayışı bir nəfərin ölümü ilə nəticələnib. Bağdadın cənubunda yerləşən Babil vilayətində məscidi tərk edən sünnilər atəşə məruz qalıb, 3 nəfər həlak olub. Hücumlar Ramazan ayının ilk həftəsinə təsadüf edir.