Təbrizli sənətkarlar bədii fəaliyyətlərini davam etdirmək üçün doğma şəhərdən köçməyə məcbur olurlar.
Şərqi Azərbaycan vilayətinin Musiqi Dərnəyinin rəhbəri Qulamrza Mirzazadə Təbrizdə keçirilən bir musiqi albomunun açılış mərasimində Təbrizin gənc sənətçilərinin fəaliyyətlərini davam etdirmək üçün Tehrana köçmək məcburiyyətində qalmasından təəssüfləndiyini bildirib.
Bu tədbirdə təbrizli sənətçi Arslan Müddəris də musiqi sahəsində sənət əsərlərinə lisenziya almağın çətinliyindən şikayətlənib, həmin musiqi albomuna lisenziya almaq üçün bir il gözləməli olduğunu bildirib. O, bütün Təbrizli sənətkarlarının Tehrana və ya xaricə köç etmələrinə səbəb kimi Təbrizdə sənət sahəsində fəaliyyətlərdə üzləşdikləri çətinlikləri göstərib.
İran Azərbaycanından olan sənətçilərin Tehrana və ya xaricə köçməsi məsələsi yeni məsələ deyil. Onlar sənətkarların uzun illərdir bölgədə üzləşdikləri çətinlikləri və buna görə də, Tehrana və ya Türkiyə və Azərbaycan Respublikasına mühacirət etmək məcburiyyətində qaldığını dilə gətirirlər.
Mehr xəbər agentliyinin 2018-ci ildə Şərqi Azərbaycan vilayətinin sənət sahəsinin keçmiş rəhbəri Mehdi Seydinniyanın sözlərinə istinadən yaydığı xəbərə görə, İran Azərbaycanında sənətçilərin ən çox mühacirət məqsədi Türkiyə və Azərbaycan Respublikası olduğunu, Tehranın isə həmin sənətçilərin mühaciərt etməsi üçün üçüncü alternativ kimi qiymətləndirilir.
Bundan əvvəl Qulamrza Mirzazadə bir İranlı musiqi saytı ilə söhbətində bu ölkələrin sənət adamlarının irəliləməsi üçün yaratdığı şəraitə toxunub, Təbrizli sənətçilərin, xüsusən də musiqi sahəsində fəaliyyət göstərən sənətçilərin Türkiyə və Azərbaycan Respublikasına köçünün artdığını bildirmişdi.
İran Azərbaycanında sənətçilər o cümlədən rəssamlar, musiqiçilər və teatr aktyorları da daxil olmaqla, incəsənət fəaliyyətilərini davam etdirmək üçün əlverişli şərait yoxdur. Ona görə də həmin sahədə fəaliyyət götərən sənətkarlar ciddi şəkildə dolanışıq çətinliklərlə də üzləşirlər.
Ötən aprel ayında Təbrizdə keçirilən Azərbaycan türkcəsində hazırlanmış “Malı çox günü qara” adlı tamaşasının afişasının açılış mərasimində Yaqub Sədiq Camal həmin tamaşanın direktoru Təbrizdəki sənət səhnəsinin hazırkı vəziyyətini sərt tənqid etmişdi.
“Son nəfəslərimizi alırıq. incəsənət üçün əlindən bir iş gələn hər kəs əsirgəməsin. Bunu sadəcə özüm üçün demirəm böyük sənətçilərimiz əldən gedir. incəsənət xadimləri ya köçüblər ya da ki köçməyə hazırlanırlar," o, əlavə edib.