Robert Sekuta: Danışıqlarda müsbət irəliləyişin olduğunu düşünürəm

Your browser doesn’t support HTML5

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından gözləntilər, Birləşmiş Ştatların sülhə nail olunması istiqamətində səyləri və Rusiyanın regionda rolu haqda danışıb.

Dövlət katibi Blinken iyunun 29-da ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqların ikinci raundunun yekun iclasında tərəflərin mühüm inkişafa nail olduğunu bildirib və Birləşmiş Ştatların regionda sülhün təmin olmasına sadiqliyini bir daha vurğulayıb. Dövlət Departamentinin nümayəndəsi mətbuat üçün açıqlamada danışıqların konstruktiv şəkildə keçdiyini bildirib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 27-29 tarixlərində danışıqların ikinci raundu regionda gərginliklərin davam etdiyi fonda keçirilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların sülhə nail olunması istiqamətində səyləri, sülh danışıqlarından gözləntilər və Rusiyanın regionda rolu haqda danışıb.