Rusiya təyyarələri 24 saat ərzində 2-ci dəfə Suriya üzərində ABŞ pilotsuz təyyarələrini təqib edib

"Rusiya qırıcıları cümə axşamı Suriya səmasında yenidən ABŞ-ın bir neçə pilotsuz təyyarəsinin yaxınlığından təhlükəli şəkildə uçub və MQ-9 Reapers-i qaçaq manevrlər etməyə məcbur edib", Hərbi Hava Qüvvələri bildirib.

Rusiya son 24 saat ərzində ikinci dəfədir ki, ABŞ pilotsuz təyyarələrini təqib edir.

"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız davranışa son qoymağa və peşəkar hava qüvvələrindən gözlənilən davranış standartlarına riayət etməyə çağırırıq ki, biz diqqətimizi İŞİD-in məğlubiyyətinə qaytara bilək", ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi İdarəsinin rəisi, general-leytenant Aleks Qrinkeviç bildirib.

Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının sözçüsü polkovnik Maykl Endrüs deyib: "Rusiyanın SU-34 və SU-35 təyyarəsi ilə yaxından uçuşlar və MQ-9-a forsaj kameraları (işlənmiş yanacağı yenidən qızdıran cihaz) birbaşa yönəltməsi də da daxil olmaqla, təqibi təxminən bir saat davam edib. Bu, yaxından tez uçmaq deyil, daha davamlı və qeyri-peşəkar hərəkətdir".

ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi çərşənbə və cümə axşamı baş verən iki insidentin videolarını yayıb.

Çərşənbə günü yerli vaxtla səhər saat 10:40 radələrində Suriyanın şimal-qərbində baş verən ilk insidentdə Rusiyaya məxsus SU-35 qırıcıları Reaper-a yaxınlaşıb və rus pilotlarından biri öz təyyarəsi ilə pilotsuz aparatın qarşısına keçirb.

Forsaj kameraları Reaper-in elektronikasına potensial zərər verə bilər və Qrinkeviç bunun pilotsuz təyyarə operatorunun təyyarəni təhlükəsiz idarə etmək qabiliyyətini azaltdığını deyib.

ABŞ-ın Yaxın Şərqdəki 9-cu Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleks Qrinkeviç bildirib ki, Rusiya təyyarələri ABŞ pilotsuz təyyarələrinin qarşısına paraşütlərə bərkidilmiş məşəllər atıb və bu, pilotsuz təyyarələri geri çəkilmək məcburiyyətində qoyub.

Qrinkeviç, həmçinin bildirib ki, rusiyalı pilotlardan biri pilotsuz təyyarənin qarşısında manevr edib və təyyarənin yanma qurğularını işə salıb ki, bu da pilotsuz uçuş aparatı operatorunun təyyarəni təhlükəsiz idarə etmək qabiliyyətinə təsir edib.

"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız davranışa son qoymağa və peşəkar hava qüvvələrindən gözlənilən davranış standartlarına riayət etməyə çağırırıq ki, diqqətimizi İŞİD-in davamlı məğlubiyyətinə qaytara bilək" - deyə, Qrinkeviç bildirib.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri ordu generalı Erik Kurilla açıqlamasında bildirib ki, Rusiyanın Suriya üzərində hava məkanını təmizləmək üçün davam edən səylərini pozması “eskalasiya və ya səhv hesablama riskini artırır”.

Təxminən 900 ABŞ qüvvəsi Suriyada İslam Dövləti yaraqlılarına qarşı mübarizə aparan kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri ilə işləmək üçün Suriyaya göndərilib.