Rayan MakBet: Bu, Ukraynanın havadan dəstək olmadan həyata keçirməyə çalışdığı çox çətin bir əməliyyatdır

Your browser doesn’t support HTML5

Rayan MakBet: Bu, Ukraynanın havadan dəstək olmadan etməyə çalışdığı çox çətin bir əməliyyatdır

Ukrayna bu ay aylardır gözlənilən əks-hücumuna başlayıb. Rusiya bildirib ki, Ukrayna son günlər intensiv döyüşlər apararaq şərq və cənubda Moskva qüvvələrinin nəzarətində olan cəbhə xəttlərinə hücum edib. Təhlilçi Rayan MakBet Amerikanın Səsinə müsahibədə əks-hücumdan gözləntiləri, F-16-ların müharibənin gedişatına mümkün təsirlərini və Rusiyanın nüvə silahlarından istifadə etmək ehtimalını şərh edib.

Amerikanın Səsi: Ukrayna bu ay uzun zamandır gözlənilən əks-hücum əməliyyatına başladı, ancaq hələ ki, bu əməliyyat çox yavaş irəliləyir. Bunun arxasındakı səbəb nədir?

Rayan MakBet: Bunun səbəbi odur ki, müharibə çətindir və Ukraynanın hazırda etməyə çalışdığı şeylərdən biri müasir tarixdə başqa heç bir orudunun etmədiyi bir şeydir ki, bu da havada əlavə dəstək olmadan xəndək xətlərini və minalanmış məftil maneələri aşmaqdır. Bu, son dərəcə çətindir və Ukrayna bölmələri, hətta hər hansı bölmələr bu əngəlləri aşarkən 50 faizi itki verməyi gözləyə bilər. Bu, Ukraynanın havadan dəstək olmadan etməyə çalışdığı çox çətin bir əməliyyatdır və onlar problemlərlə üzləşəcəklər.

Amerikanın Səsi: Ukrayna son əks-hücum əməliyyatında müəyyən irəliləyişlər əldə etdiyini və bir sıra kəndləri geri aldığını iddia edir. Lakin bir çox analitiklər deyirlər ki, Moskva keçmiş səhvlərindən nəticə çıxarıb və silah və bacarıqlarını təkmilləşdirib, müdafiə xəttini ciddi şəkildə möhkəmləndirib, qoşun sayını artırıb və bu, müharibəni çox uzun bir müharibəyə çevirə bilər. Buna münasibətiniz nədir? Ukraynanın sürətli və qətiyyətli irəliləyişlər edəcəyini gözləyirsinizmi?

Rayan MakBet: Rusiyanın müdafiəsini gücləndirməsi üçün səkkiz ay vaxtı var idi və Rusiya zabitləri cəlb olunduğu hər şeyi çox yaxşı edə bilər. Bunlardan biri uzun xəndək xəttləri çəkməkdir. Mənim gördüyüm bəzi görüntülərdə belə görünür ki, bu xəndəklərin çoxu qazılıb, bu isə o deməkdir ki, Rusiya səngərləri qurmaq üçün ağır avadanlıqlarn istifadə edib. Bunun üçün zabitlər və mühəndislərə ehtiyac var. Onlar bu müdafiə xəttlərini qurarkən nə etdiklərini bilirdi. Mən bu əngəlləri keçə bilsələr, Ukraynanın sürətli və qətiyyətli irəliləyişlər əldə edəcəyini gözləyirəmmi? Əgər onlar bu əngəli keçə bilsələr, onların Rusiyanın arxasına keçib, əraziləri geri alması və arxada xaos yaratması daha asan olacaq. Amma birinci həmin əngəli keçməlidiirlər.

Amerikanın Səsi: Ukrayna hesab edir ki, əks-hücum F-16-larla daha effektiv ola bilər və bu, bütün müharibədə oyunu dəyişdirə bilər. ABŞ Ukraynanı birbaşa qırıcı təyyarələrlə təmin etməyi vəd etməsə də, prezident Bayden ABŞ-ın koalisiya çərçivəsində Ukraynaya F-16-larla bağlı təlim keçməyi dəstəkləyəcəyini açıqlayıb. Sizcə, F-16-lar müharibənin gedişatına təsir edə bilərmi?

Rayan MakBet: Burada M777 Haubitsalardan tutmuş, HİMARS və HARM raketlərinə kimi oyunu dəyişən çox sayda silah var və onlar tədricən vəziyyəti dəyişib, Rusiyanı reaksiya verməyə məcbur ediblər. F-16-nın üstünlüklərindən biri onun HARM raketi ilə sıx inteqrasiya olmasıdır. Yəni, onlar f-16-nı uçurub, Rusiyanın hava hücumundan müdafiə sisteminə HARM raketləri ata bilərlər. Bu, Rusiyanı havadan müafiə sistemlərini geri çəkməyə məcbur edə bilər. İkincisi, F-16 hava üstünlüyü verə bilər. Onun AMRAM raketləri Rusiyanın AA13 kimi raktləri qədər uzun-mənzilli deyil, amma Ukraynanı öz raketlərindən daha uzun mənzilli raketlərlə təmin edər bilər. Bu da onlara hava üstünlüyü verir. Yəni, bu, F-16-nın təmin etdiyi ikinci üstünlükdür. Üçüncüsü, JDAM və ya JDAM ER-dır. Bunlar dəqiq idarə olunan silahlardır ki, GPS-lə idarə olunurlar amma eyni zamanda telefonunuzda olan akseletometr kimi ətalət naviqasiyası var. Yəni JDAM ER hədəflərə zərbə endirmək üçün istifadə oluna bilər. O həmin hədəflərə doğru satda təxminən 64 mil sürətlə hərəkət edəcək. Bu da Ukraynaya Rusiyanın dəniz qüvvələrini geri itələməyə imkan verəcək, çünki Rusiyanın bəzi qanadlı raketləri Rusiya donanmasının Qara Dənizdəki gəmilərindən atılır. Ona görə də mən bu platformanın oyunu dəyişə biləcəyini düşünürəm, amma Rusiya hər zaman yeni silah sistemlərinə reaksiya verəcək.

Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putin Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirdiyini təsdiqləyib. O, ötən cümə günü Belarusa daha qısa mənzilli nüvə silahlarının çatdırılmasının Qərbə Ukraynanı silahlandırması və dəstəkləməsi əleyhinə xəbərdarlıq olduğunu və hələlik Rusiyanın nüvə silahına əl atmasına ehtiyac görmədiyini söylədi. Bazar ertəsi ABŞ prezidenti Co Bayden deyib ki, Putinin taktiki nüvə silahından istifadə təhlükəsi "realdır". Buna münasibətiniz necədir, sizcə, Rusiyanın nüvə silahına əl atması ehtimalı nədir?

Rayan MakBet: Mən Rusiyanın nüvə silahlarından istifadə edəcəyini düşünmürəm, çünki nüvə silahları o qədər də yararlı deyil. Taktiki nüvə silahı körpünü dağıtmaq üçün yararlı ola bilər. Məsələn, çay üzərində inşa edilən və çay çəkildiyi zaman üzərindən maşınların keçə bildiyi asma körpünü. Bu halda, taktiki nüvə silahları faydalı ola bilər. Nüvə silahı həmçinin əldə olunan irəliləyişdən istifadə etmək üçün müdafiə mövqeyin elementini məhv etmək üçün faydalı ola bilər. Məsələn onlar nüvə silahlarından istifadə edərək Ukrayna xəttində bir dəlik yarada bilərlər. Yəni nüvə silahı təhlükəsi hər zaman realdır o mənada ki, nüvə silahları mövcuddur. Amma mən Rusiyanın onlardan istifadə edəcəyini düşünmürəm, çünki onlar bununla hər hansı üstünlük əldə etməyəcəklər.