Hüquq müdafiə qurumlarının məlumatına görə, keçən bir neçə gün ərzində İranın Şərqi Azərbaycan, Zəncan, Əlburz, Kirman, Xuzistan, Kürdüstan, İlam və Buşehr vilayətlərində bir çox edam məhkumunun hökmü icra edilib.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatına istinadən, Əli Molla Şəmsi adında bir məhkum bazar günü səhər saatlarında Zəncanın mərkəzi həbsxanasında asılıb.
İnsan haqları təşkilatının xəbərinə əsasən, 40 yaşlı məhkum narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə edilib və 2 il yarım öncədən Zəncan həbsxanasında saxlanılırdı.
Təbrizdə isə Siyamək Lütfi adlı edam məhkumunun hökmü iyun ayının 20-də şəhərin mərkəzi həbsxanasında icra edilib.
SEE ALSO: İran Azərbaycanında 5 edam məhkumu "qan sahibləri" tərəfindən əfv edilibSabiq siyasi məhbus Əkbər Əbulzadə öz sosial media hesabında Siyamək Lütfinin qətl ittihamı ilə mühakimə olunduğunu bildirib. 9 ay həbsdən sonra keçən fevral ayında sərbəst buraxılan Əbulzadə Təbriz həbsxanasında saxlanıldığı zaman Lütfini tanıdığını yazıb.
Onun bildirdiyinə görə, 40 yaşlarında olan məhkum evli və bir oğul atası idi.