Prezident Co Bayden NATO üzvlərini alyansın təhlükəsizliyinə daha çox töhfə verməyə çağırıb. ABŞ prezidenti çağırışı bu həftə NATO rəhbəri ilə görüş zamanı səsləndirib. Ağ Evdə Bayden və Stoltenberq arasında görüş 31 üzvlük alyansın Ukraynada müharibənin diqqət mərkəzində olacağı iyul sammiti ərəfəsində keçirilib. Sammitdən öncə Stoltenberqin bu ilin sonunda planlaşdırıldığı kimi vəzifədən getməsindən sonra alyansa kimin rəhbərlik edəcəyi ilə bağlı müzakirələr genişlənib.
Bayden sammit ərəfəsində NATO üzvlərini dəstəyi artırmağa çağırır
Your browser doesn’t support HTML5
Prezident Bayden NATO üzvlərini alyansın təhlükəsizliyinə daha çox töhfə verməyə çağırıb. ABŞ prezidenti bu çağırışı bu həftə Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüş zamanı səsləndirib. Görüş alyansın Ukraynada müharibənin diqqət mərkəzində olacağı iyul sammiti ərəfəsində keçirilib.