Pakistanın baş naziri Şahbaz Şərif Prezident İlham Əliyevin dəvəti ilə iyunun 14-15-də Azərbyacanda səfərdə olacaq.
Baş nazir Bakıya rəsmi səfərə yola düşməzdən öncə Azərbaycan rəhbərliyilə müzakirə edəcəyi prioritet əməkdaşlıq məsələlərini açıqlayıb.
"Səfər (Azərbaycana) bizim hökumətin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin qurulması üzrə siyasətinin bir hissəsidir. Preferensial ticarət sazişinin vaxtından əvvəl başa çatmasının sürətləndirilməsillə yanaşı, energetika, bank işi, maliyyə xidmətləri və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarını açmaq üçün Azərbaycan rəhbərliyilə mühüm danışıqlar aparacağam", o, Twitter hesabında yazıb.
Şərif Pakistan tərəfinin "üstün ikitərəfli siyasi əlaqələri" həm də "möhkəm ticarət və investisiya münasibətlərinə" çevirmək niyyətini ifadə edib.
"Mərkəzi Asiya bizim enerji təhlükəsizliyi siyasətində mərkəzi yer tutur və biz Pakistanı enerji baxımından təhlükəsiz etmək üçün region ilə əməkdaşlığı fəallaşdırmağa çalışırıq", Şərif qeyd edib.