Ukraynanın Kaxovka bəndinin dağıdılması ətraf mühitə mənfi təsir göstərir

Your browser doesn’t support HTML5

Ətraf mühit qrupları və yardım agentlikləri deyir ki, Ukraynanı hələ də müəyyən edilməmiş ekoloji fəlakətin uzun yolunun qiymətləndirilməsi gözləyir. Keçən həftə həyati əhəmiyyət kəsb edən bənddə baş verən partlayış Ukraynanın cənubundakı çayın daşmasına səbəb olaraq, bir çox ekosistemi və hətta Avropanın ən böyük atom elektrik stansiyasını təhdid edib.

Keçən həftə Rusiya tərəfindən işğal olunmuş Dnepr çayında sovet dövründən qalan tikilidə qəsdən törədilən partlayışdan sonra Kaxovka bəndində daşqın baş verib. "The New York Times" yazır ki, həm Ukrayna, həm də Rusiya buna görə bir-birini gühahlandırır. ABŞ kəşfiyyat analitiklərinin ehtimılına görə isə bu, Rusiyanın təxribatıdır.

Mübahisəli bəndin hər iki tərəfindəki daşqınlar yaşayış və sənaye tullantılarını bölgənin böyük hissələrinə yayıb. Ətraf mühit qrupları xəbərdarlıq edir ki, zərər bütün ekosistemləri çökdürə və onilliklər ərzində Ukraynanın mənzərəsini dəyişə bilər.

"Gələcək fəsadlarla bizim uşaqlarımız və nəvələrimiz üzləşəcək, necə ki, biz indi Çernobıl fəlakətinin nəticələrini yaşayırıq" - deyə, Ukrayna Təbiəti Mühafizə Qrupundan Katerina Filiuta bildirib.

1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasında dördüncü reaktor əriyib.

Birləşmiş Millətlər Təşkilatının Atom Radiasiyasının Təsirləri üzrə Elmi Komitəsinin məlumatına görə, təxminən 350 min insan fəlakətdən qaçıb, bəziləri isə radiasiya zəhərlənməsindən xərçəng xəstəliyinə tutulub. BMT əlavə edib ki, Çernobıl fəlakəti illərdir ətraf mühit və ərzaq ehtiyatlarına təsir edib.

Ekoloqlar xəbərdarlıq edir ki, Ukraynanın təbii olaraq çirklənmiş vəziyyəti yerli ekosistemlərə ziyan vuran genişmiqyaslı daşqından sonra təkrarlana bilər.

"Əgər bu ərazi quş növlərinin koloniyası üçün yuva yeri kimi xidmət edərsə, təxminən 7-10 il ərzində su çəkiləndə onlar öz koloniyalarını bərpa edəcəklər. Bununla belə, dağılmış ekosistemlər, məsələn, vaxtilə unikal ərazimizdə mövcud olan qumlu ekosistemlərə gəldikdə, onların bərpası onilliklər çəkə bilər", Katerina Filiuta deyib.

Ukraynanın Xerson şəhərinin böyük hissəsi indi tamamilə su altındadır. Burada yaşayan dörddə bir milyondan çox insan üçün təmiz içməli su kimi ətraf mühitə uzunmüddətli təsirlər üstünlük təşkil edir.

Mütəxəssislər bəndin partladılmasının təhlükəsinin daha da artacağını deyirlər. Obyekt Kaxovka Su Elektrik Stansiyasının bir hissəsidir və təkcə Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasını deyil, həm də Avropanın ən böyük Zaporijye Atom Elektrik Stansiyasını su ilə təmin edir.