AMEA tədqiqatçıları ABŞ Dövlət Departamentinin Virtual İngilis Dili Müəllimi Proqramında iştirak edib

AMEA tədqiqatçıları ABŞ Dövlət Departamentinin Virtual İngilis Dili Müəllimi Proqramında iştirak edib (Mənbə: ABŞ səfirliyi)

Bu həftə Azərbaycan Milli Elmlər Akademiyasının 80 nəfər gənc tədqiqatçısı ABŞ Dövlət Departamentinin Virtual İngilis Dili Müəllimi Proqramı çərçivəsində kursu başa vurub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, 2022-2023-cü tədris ili ərzində iştirakçılar ingilis dilinin qrammatikasını, lüğətini və akademik tədqiqat yazılarını təkmilləşdirmək üçün virtual kurslarda iştirak ediblər.

“Qazandığınız yeni biliklərin akademik karyeranızı inkişaf etdirməyə necə kömək etdiyini görməyi səbirsizliklə gözləyirik”, səfirlik bildirir.

Xatırladaq ki, bu il ərzində onlarla Azərbaycan vətəndaşı ABŞ tərəfindən maliyyələşdirilən təhsil və tədris proqramlarında iştirak edib.