Ukraynada Kaxovka su elektrik stansiyasının dağıdıllması səbəbilə narahat olan rəsmilər deyir ki, zədələnmiş anbarın səbəb olduğu daşqın Zaporijye nüvə elekstrik stansiyasına təhlükə yaradır. Bir müddətdir Rusiya qoşunları tərəfindən işğal altında olan nüvə elektrik stansiyası reaktorlarını soyutmaq üçün Kaxovka anbarından su istifadə edir.
Kaxovka su elektrik bəndi çərşənbə axşamı parltadılıb və qismən dağılıb. Bu da Zaporijye aton elektrik stansiyasını soyutmaq üçün istifadə olunan anbardan suyun azalmasına səbəb olub.
BAEA-nın baş direktoru Rafael Mariano Qrossi deyib ki, bəndin dağılmasının nüvə elektrik stansiyasına birbaşa risk törətməsə də, vəziyyət son dərəcə dəyişkən olaraq qalır.
"BAEA-nin orada olan əməkdaşlarına məlumat verilib ki, Nova Kaxovaka bəndinin zədələnməsi hazırda anbarın hündürlüyünün saatda təxminən 5 santimetr azalmasına gətirib çıxarır," o deyib.
Mark Jelezniak Fukuşima Universitetinin Ətraf Mühitin Radioaktivliyi İnstitutunun professorudur.
"Kaxovka su anbarından suyun buraxılma səviyyəsi və ümumi su səviyyəsi azalır. Biz bunun bir neçə gündən sonra bəndə dəyən ziyanın ölçüsündən asılı olacağını göstərən riskin qiymətləndirilməsi hesablamasını təqdim etdik. Kaxovka su anbarında suyun səviyyəsi o qədər aşağı olacaq ki, soyutma anbarına su axını olmaycaq," o bildirib.
Ancaq Jelezniak Amerikanın Səsinə deyib ki, Zaporijyenin reaktorları bağlı olduğu üçün nüvə elektrik stansiyasına birbaşa təhlükə yoxdur.
Ancaq onun hələ də soyutma mexanizminə ehtiyacı var.
Və bundan əlavə nüvə elektrik stansiyası bir ildən çoxdur Rusiya qüvvələri tərəfindən işal edildiyi üçün, onun necə idarə olunduğuna dair narahatlıqlar var.
Ukraynanın dövlət nüvə şirkəti Energoatomiun prezidenti Petro Kotin Amerikanın Səsinə bildirib ki, hazırda nüvə elektrik stasniyasında rus hərbçilərinin sayı stansiyada xidmət göstərən işçilərin sayından çoxdur.
"Ötən il martın 4-də işğal başlayandan bəri stansiyada vəziyyət daim pisləşir. Onlar [Rusiya qüvvələri] Enerhodara [şəhərinə] gəldilər ... öz rejimlərini qurdular və burada bütün idarəçiliyi əsgərlər həyata keçirir," Kotin deyir.
Zaporijye atom elektrik stasiyansını 30 ildən çox idarə edən Kotin deyib ki, Rusiya qüvvələri işçilərə təzyiq göstərir və qorxudur.
"İşçilərin döyülmə halları baş verib. Onlar həmçinin işçiləri tutaraq, həbsxanaya, qəfəsə salıblar. Orada hər cür işgəncələr ediblər. Bəzi insanlar öldürülüb, bəziləri isə itkin düşüb. Və biz onların hazırda harada olduqlarını bilmirik," o bildirib.
Ukraynanın enerji rəsmiləri stansiyanı izlədiklərini desələr də, orada baş verənlərə nəzarət edə bilmirlər.
Təhlükəsizliyi səbəbilə özünü Valentin kimi təqdim edən stansiyanın mühafizə işçisi Ameirkanın Səsinə telefonla məlumat verib.
"Ən böyük təhlükə nüvə stansiyasının tam fəaliyyət göstərən hərbi bazaya çevrilməsidir. Onlar orada müdafiə xətləri çəkib, çoxlu hərbi texnika gətiriblər. Stansiyanı idarə edən insanlar nə etdiklərini başa düşmürlər. Onlar stansiyanı müdafiə nöqtəsi olaraq görürlər. Amma nüvə stansiyası bu deyil və çox güman ki, ciddi fəlakətlə nəticələnəcək," o bildirib.
Ekspertlər xəbərdarlıq edir ki, hər hansı səhv bir addım radiasiyanın yayılmasına səbəb olar və bunun da Avropa, Rusiya və Aralıq dənizi hövzəsinə qədər uzanan mümkün fəlakətli nəticələri ola bilər.
Ukraynanın energetika naziri German Qaluşçenko onlarla razılaşır:
"Bu hər gün külək səbəbindən dəyişir, amma biz görürük ki, bəzi günlərdə külək səbəbindən [nüvə] buludları Türkiyə, Rusiya, Moldova, Rumıniya, Macarıstan, Polşa, Belarusu bürüyə bilər."
O deyir ki, ümumdünya nüvə təşkilatı mümkün fəlakətin qarşısını almaq üçün cəld bir şəkildə hərəkətə keçməlidir.
"Atışma olanda və bölmə dizellə işləyəndə, bəzi təsadüfi atılan raketlər dizeli məhv edə bilər, vəssalam. Və bu da son olar. Bu müzakirə olunası bir şey deyil. Günahkar kimdir Ukrayna, yoxsa Rusiya? Kimi günahlandırmaq lazımdır? Demək istədiyim odur ki, məsələ kimin günahlandırılacağında deyil. Söhbət ondan gedir ki, milyonlarla insan bundan əziyyət çəkəcək," Ukraynanın energetika naziri German Qaluşçenko deyir.
BAEA rəsmiləri baş verənləri yaxından izləyirlər və iyunun ortalarında Zaporijyeyə növbəti səfərlərini planlaşdırırlar.