Normandiya əməliyyatının 79-cu ildönümü

Gurultulu atəş səsləri və qışqırıqlar. İkinci Dünya Müharibəsi veteranı Mari Skott D-Day-ı belə təsvir edib. Belə ki, iyunun 6-ı tarixdəki azadlıq uğrunda ən böyük dəniz, hava və quru əməliyyatında döyüşənlərin şərəfinə keçirilən mərasimlər başlayıb.

Skott bütün bunları qulaqları ilə eşidib. O, Britaniyanın Portsmut şəhərində rabitə operatoru vəzifəsinə təyin olunanda cəmi 17 yaşı vardı. Onun işi yerdəki adamlarla general Duayt D. Eyzenhauer və əməliyyata nəzarət edən yüksək rütbəli zabitlər arasında mesajlar ötürmək idi.

Normandiyada həlak olan gənc əsgərlərə builki ehtiram veteranlar, rəsmilər və qonaqlara Ukraynanın bu gün nə ilə üzləşdiyini xatırladır.

Çərşənbə axşamı Fransanın və Qərbi Avropanın nasist nəzarətindən azad edilməsinə yol açan döyüşlərin 79-cu ildönümünü qeyd etmək üçün səhər tezdən Omaha sahilinə toplaşanların bəziləri gül dəstələri gətirib; digərləri Amerika bayraqlarını dalğalandırıb.

İndi 97 yaşına çatmaq üzrə olan Skot Rusiyanın Ukraynanı işğal etməsindən sonra Avropa qitəsində növbəti müharibənin getməsinə “nifrət etdiyini” deyib.

Çərşənbə axşamı günü Colleville-sur-Merdəki Amerika Qəbiristanlığında əksəriyyəti D-Day döyüşü və sonrakı əməliyyatlarda həyatını itirən 9386 ABŞ əsgərinin məzarlarının olduğu Omaha sahilində mərasim keçirilib. Divarlarında 1557 ad yazılıb. Adları çəkilənlərdən bəziləri sonradan tapılıb və şəxsiyyəti müəyyən edilib.

Anım mərasimində İkinci Dünya Müharibəsi veteranları ilə yanaşı, ABŞ Müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli də iştirak edib.

Daha sonra yaxınlıqdakı Britaniya Normandiya Memorialında Almaniya və doqquz əsas Müttəfiq dövlət: Belçika, Kanada, Danimarka, Fransa, Böyük Britaniya, Hollandiya, Polşa, Norveç və ABŞ nümayəndələrinin iştirakı ilə beynəlxalq mərasim təyin olunub.