Türkiyədə 2023-cü il prezident seçkiləri bölgənin digər ölkələrində olduğu kimi İranda da xüsusilə ziyalılar və siyasi aktivistlər tərəfindən diqqətlə təqib edilib.
Amerikanın Səsinə danışan politoloq Hüseyn Paşayi İran toplumunda Türkiyəyə olan baxışın tarixi olaylara əsaslandığını və bu baxışın Türkiyədəki çox partiyalı sistem və seçki tərübələrindən öyrənməyi əngəllədiyini ifadə edir.
Your browser doesn’t support HTML5
"Türkiyə seçkilərini dünyada 2023 ilinin ən önəmli seçkiləri adlandırmışdılar. Gerçəkdən də elə idi. Fikr edirəm ki, ABŞ seçkilərindən sonra Türkiyə seçkiləri ən çox dünyanın diqqət mərkəzində olur və hər yerdə təqib edilir. İranda da eyni şəkildə media da təqib edir, millət də. Özəlliklə son illər İran toplumu Türkiyə toplumu ilə çox yaxınlaşıb. Bir çox insan evini satır gedir Türkiyədə ev alır, və ya sərmayəsini götürüb gedir Türkiyəydə yatırır. Çünki, bir qaçış yolu axtarır. Türkiyə də hər halda iranlılara ən yaxın və ən sevimli qaçış yoludur" , ABŞ-da yaşayan politloq söyləyir.
O hesab edir ki, İranda ümum əhalinin Türkiyəyə olan baxışı ilə ziyalılar və siyasi fəalların baxışı arasında fərqlər mövcuddur:
SEE ALSO: Bayden Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib"İranda ümumi olaraq xalqın baxışına baxanda, biz Türkiyədə yaşadığımız zaman da görmüşdük, ümumiyyətlə Türkiyəyə həsrətlə baxırlar. Deyirlər ki, bu molla rejimi bizi bu günə qoydu, Şah qalsaydı, bizdə də belə olacaq idi, elə olacaq idi. Yəni, həm gəzib zövq alırlar, həm həsrətlə baxırlar... İran ziyalılar isə yəni, həm dövlət anlayışını təmsil edən, həm də müxalifətdə olanlar Türkiyə və İran münasibətlərinə Çaldıran döyüşü zehniyyəti ilə baxırlar. Yəni, bir rəqabət gözüylə baxırlar, bir müqayisə halında olurlar. Bu rəqabət hissi də Türkiyə toplumundan öyrənməyi, o dövlət-vətəndaş münasibətlərini və ya Türkiyədə gedən o demokratiya oyunundan bir şeylər almağı əngələyir".
Hüseyn Paşayi əlavə edir ki, "İran xalqına gəlincə, Türkiyə bu gün İran toplumunun azad dünya ilə irtibat qurması üçün tək yoldur. Tehrandan rahatlıqla avtobusa minib vizasız İstanbula qədər gedə bilirlər. İstanbul türkcəsi bəlkə Tehranda ingiliscədən sonra ikinci yabancı dil olar ki, tələb vardır öyrənməyə. İran toplumunun o alt kəsimlərində bunu görmək olur. Amma mediada və siyasi qruplarda xəstə bir baxış var. Hətta bu ziyalılar da İslam Cümhuriyyəti rejimi ilə bərabər İran əhalisinin gedib Türkiyədə ev almasından oraya sərmayə yatırmasından narazıdırlar. Başqa ölkələrə getmələrindən narazı olmurlar".