Çin Ukrayna və Rusiyaya xüsusi nümayəndə göndərir

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna böhranının siyasi həllinə yardım məqsədi ilə Çinin xüsusi nümayəndəsi bu həftə Ukrayna və Rusiyaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib ki, Avrasiya məsələləri üzrə xüsusi nümayəndə və Çinin Moskvadakı keçmiş səfiri Li Hui də Polşa, Fransa və Almaniyaya səfər edəcək.

Çin Rusiyanın Ukraynadakı müharibəsində neytrallığını bəyan edib. Eyni zamanda, Pekin Moskva ilə "sərhədsiz" münasibətlərdən danışıb və ABŞ və NATO-nu münaqişəni təhrik etməkdə ittiham edib.

Pekin Ukrayna üçün sülh planı təklif edib və bu plan Kyiv tərəfdarları tərəfindən böyük ölçüdə rədd edilib və onlar Rusiyanın hücumlarını dayandırıb qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra nizamlanmanın mümkün olacağını deyib.

Aprel ayında Çin lideri Si Cinpin Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı keçirərək diplomatik səylərin əsasını qoyub.

"Çin nümayəndələrinin müvafiq ölkələrə səfəri Çinin sülh və danışıqların təşviqinə sadiqliyini əks etdirir. Çin "vəziyyətin gərginləşməsinin" qarşısını almaq istəyir", Vanq Venbinq brifinqdə deyib.

Li Huinin səfərlərinin təfərrüatlı cədvəli hələ açıqlanmayıb. Pekin əvvəllər digər ölkələrin münaqişələrinə müdaxilə etməkdən çəkinsə də, görünür, özünü qlobal diplomatik güc kimi təsdiq etməyə çalışır.

Moskvanı ABŞ-ın dünya məsələlərində hökmranlığına müqavimət göstərməkdə diplomatik tərəfdaş kimi görən Pekin işğalı pisləməkdən imtina və Rusiyaya qarşı diplomatik hücumları azaltmaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edir.

Van Venbin həmçinin təsdiqləyib ki, ÇKP-nin baş diplomatı Van Yi və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan çərşənbə və cümə axşamı Vyanada danışıqlar aparıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, tərəflər ikitərəfli münasibətlərin sabitləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı "açıq, dərin, mənalı və konstruktiv müzakirələr keçirib".