Britaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski baş nazir Rişi Sunak ilə danışıqlara başlayarkən Britaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Yeni yardıma yüzlərlə hava hücumundan müdafiə raketləri, eləcə də uzaqmənzilli pilotsuz hücum təyyarələri daxildir.

Zelenski görüşdən əvvəl Twitter səhifəsində yazıb: "Böyük Britaniya quru və havada imkanlarımızı genişləndirməkdə liderdir. Bu əməkdaşlıq bu gün də davam edəcək. Mən dostum Rişi ilə görüşəcəyəm. Biz üzbəüz və nümayəndə heyətlərində substantiv danışıqlar aparacağıq".

"Bu, Ukraynanın dəhşətli müharibəyə müqavimətində həlledici məqamdır"- deyə, Sunak açıqlamasında bildirib.

Zelenskinin Britaniya duracağı son günlər Paris, Berlin və Romada görüşlər daxil olmaqla, Qərb tərəfdaşlarına edilən bir sıra səfərlərin sonuncusudur.

Fransa Ukraynanın Rusiya işğalına qarşı mübarizədə gözlənilən əks hücuma hazırlaşdığı bir vaxt Ukrayna əsgərlərinə yeni hərbi yardım dalğasında tanklar, zirehli maşınlar və təlimlər təqdim edəcəyini açıqlayıb.

Fransa prezidenti Emmanuel Makronun ofisi verdiyi açıqlamada hökumətinin yüngül tanklar və zirehli texnikaları "qarşıdakı həftələrdə" təmin edəcəyini, eyni zamanda Ukraynaya "lazım olduğu müddətcə" hərbi, siyasi, iqtisadi və humanitar dəstək göstərəcəyini bildirib.

Fransa, həmçinin Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verəcək və bu il Fransada 2000, Polşada isə 4000-ə yaxın ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.

Bu bəyanat bazar günü Parisdə Makron və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdən sonra verilib. Zelenski, həmçinin Fransanın Ukraynanın müttəfiqlərini ona döyüş təyyarələri ilə təmin etməsini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Ukrayna rəsmiləri Ukrayna qüvvələri üçün mövcud hərbi yardımda növbəti irəliləyiş olaraq təyyarələr üçün lobbiçilik edib, lakin indiyə qədər Qərb liderləri ABŞ istehsalı olan F-16 kimi daha təkmil təyyarələrin göndərilməsini dəstəkləməyib.

Ukrayna lideri Almaniya və İtaliyadan sonra Fransaya gedib.

Almaniya Ukraynaya 3 milyard dollarlıq yardım paketi elan edib ki, bu da Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlamasından bəri ən böyük yardım paketidir.