Diplomatlar və ekspertlər Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülh prosesində daha yaxından iştirakını alqışlayır və iki ölkə arasında ABŞ-da keçirilən ikitərəfli danışıqların sülh razılaşmasının əldə edilməsi istiqamətində irəliləyişə gətirib çıxaracağına ümid etdiklərini bildirirlər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta iki ölkə arasında münasibətlərin normallaşmasının irəliyə doğru mühüm bir addım olacağını gözlədiyini deyib. Səfir Sekuta Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların sülh prosesində iştirakı, ABŞ-ın gözləntiləri və danışıqlar prosesində tərəflərin qarşılaşdığı çətinliklər haqda danışıb.
Robert Sekuta: Azərbaycan və Ermənistan arasında ABŞ-da ikitərəfəli danışıqlarla bağlı ümidlərim böyükdür
Your browser doesn’t support HTML5
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta iki Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistan arasında keçirilən ikitərəfli danışıqlar, Birləşmiş Ştatların sülh prosesində iştirakı, ABŞ-ın gözləntiləri və danışıqlar prosesində tərəflərin qarşılaşdığı çətinliklər haqda danışıb.