Şimali Koreyanın nüvə hücumu zamanı ABŞ-ın fövqəladə halların planlaşdırılmasında daha çox qərar qəbul etmə rolunun müqabilində Cənubi Koreya öz nüvə silahı proqramını davam etdirməməyə razılıq verib.
Ağ Evdə prezident Co Baydenin Cənubi Koreya prezidenti Yun Suk Yeolu qəbulu zamanı razılaşma elan edləcək. Liderlərin görüşündə ABŞ və Cənubi Koreya ikitərəfli münasibətlərinin 70-ci ildönümü və qarşılıqlı əlaqələri müzakirəsi diqqət mərkəzində ollacaq.
Yüksək səviyyəli administrasiya rəsmisi çərşənbə axşamı jurnalistlərlə keçirilən brifinqdə deyib ki, "Vaşinqton Bəyannaməsi" aylarla müzakirə olunmuş və ABŞ-ın Koreya Respublikası qarşısındakı çəkindirmə öhdəliklərini təsdiqləmək üçün hazırlanmış bir sıra addımların nəticəsidir.
Rəsmi bildirib ki, razılaşmaya əsasən, rəsmi Seulun "qeyri-nüvə statusunu saxlayacağını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bütün şərtlərinə əməl etməkdə davam edəcək".
Cənubi Koreyanın 1975-ci ildə ratifikasiya etdiyi NPT müqaviləsi iştirakçı dövlətlərə nüvə silahı hazırlamağı qadağan edir.
"İki ölkə, həmçinin nüvə və strateji planlaşdırma məsələlərinə diqqət yetirəcək və Cənubi Koreya müttəfiqlərimizə gözlənilməz hadisələrin planlaşdırılması haqqında necə düşündüyümüz barədə əlavə məlumat verəcək müntəzəm ikitərəfli məsləhətləşmə mexanizmi olan ABŞ-KXDR Nüvə Məsləhət Qrupunu (NCG) quracaq" - deyə, rəsmi əlavə edib.
Onun sözlərinə görə, daha çox məlumat mübadiləsindən başqa Seul ABŞ-ın silah yerləşdirməsi ilə bağlı müzakirələrdə daha çox söz sahibi olacaq.
1953-cü il Koreya Müharibəsinin sonunda imzalanan ABŞ və Koreya Respublikası Qarşılıqlı Müdafiə Müqaviləsi Vaşinqtona Cənubi Koreyaya özünü, xüsusən də Şimali Koreyadan müdafiə etməyə kömək etməyi öhdəsinə götürür.
Lakin Pxenyan nüvə silahı proqramı, o cümlədən Amerika şəhərlərini hədəf ala biləcək raketlər hazırlamasının sürətlə irəliləməsi Cənubi koreyalılar arasında Vaşinqtonun Seulu qorumaq üçün öz təhlükəsizliyini riskə atıb-atmaması və Seulun ABŞ-a arxalanmağa davam edib-etməyəcəyinə dair şübhələri artırıb.
Şimali Koreya təkcə bu il üç qitələrarası ballistik raket daxil olmaqla azı 13 raket sınağı həyata keçirib. Pxenyan israr edir ki, bu, ABŞ-Cənubi Koreyanın genişmiqyaslı hərbi təlimlərinə cavabdır.