Təbriz Cəza Məhkəməsi insan haqları vəkili Sina Yusufini 91 gün həbs və 15 milyon tümənlik cərimə cəzasına məhkum edib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, məhkəmə vəkili "internetdə yalan xəbər yaymaq" ittihamı ilə mühakimə edib.
Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə hökmündə yazılanlara görə, Yusufi "Twitter sosial şəbəkəsində keçən ilin iğtişaşlarında həbs edilənlər ilə bağlı real olmayan statistika dərc etmək" iddiası ilə yalan xəbər yaymaqda ittiham edilib.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi keçən ilin oktyabr ayında nəzarət altına alınıb və bir müddət sonra sərbəst buraxılmışdı. O, nəzarət altına alındıqdan bir neçə gün öncə Vəkillər Kollegiyasının İranda davam etməkdə olan kütləvi aksiyalar ilə əlaqədar həbs edilən vətəndaşlara dəstək üçün “müdafiə komitəsi” təşkil etdiyini açıqlayıb, həmçinin kütləvi aksiyalar ilə əlaqədar təkcə Təbriz şəhərində 1700 vətəndaşın saxlanıldığını bildirmişdi.
SEE ALSO: Təbrizdə İnqilab Məhkəməsi daha iki vəkilə həbs cəzası veribYusufi sərbəst buraxıldıqdan sonra iki ayrı məhkəmədə mühakimə edildi. Təbriz İnqilab Məhkəməsi keçən ilin dekabr ayında onun haqqında 6 ay həbs, 2 il ölkədən çıxış qadağası və elektron cihazlarının müsadirə edilməsinə dair hökm çıxarmışdı.
Keçən ilin ümummilli etirazları ilə əlaqədar Təbrizdə ən az 4 insan haqları vəkili nəzarət altına alınıb və müakimə olundular.