İran polisi Qərbi Azərbaycanda 2000-dən çox avtomobil sərnişininə hicabla bağlı xəbərdarlıq SMS-i göndərib

İran polisi şəhərlərdə hicaba nəzarət faəliyyətini artırıb

İran polisi avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən etmək məqsədilə şəhərlərin müxtəlif nöqtələrinə kameralar yerləşdirilib. Hicaba riayət etməyən avtomobil sahiblərinə xəbərdarlıq SMS-i göndərilir.

Yarı-rəsmi Mehr agentliyi Qərbi Azərbaycan vilayətinin polis komandiri general Rəhim Cahanbəxşin açıqlamalarına istinadən yazıb ki, sözügedən layihə qüvvəyə minəndən bəri 2,111 avtomobil sərnişininə xəbərdarlıq göndərilib.

Tehranda nəşr edilən İqtisad Dünyası qəzeti layihənin rəsmi olaraq aprelin 15-dən başladığını bildirib.

Polis komandiri həmçinin həmin müddətdə vilayətdə 80 iş yeri və ticarət obyektinin "islami hicaba riayət edilmədiyi" səbəbilə qapadıldığını açıqlayıb.

İş yerləri və ticarət obyektlərində hicaba nəzarətin ciddi şəkildə tətbiq edildiyini ifadə edən General Cahanbəxş deyib ki, bələdiyyələr ilə birlikdə aparılan planlaşdırma ilə digər ümumi məkanlar və tətil bölgələrində də iffət və hicaba nəzarət məsələsinə diqqət yetiriləcək.