Suvenirə çevrilmiş məşhur Lissabon konservləri
Your browser doesn’t support HTML5
Lissabon özünün konservləşdirilmiş balıq növləri ilə məşhurdur. Lissabonda balıq konservlərinin istehsalı və satışı ilə məşğul olan kiçik ailə biznesi Conserveira de Lisboa 1930-cu ildə təsis edilib və o vaxtdan bəri Lissabonun tarixi şəhər mərkəzindəki yerindən fəaliyyət göstərir.