ABŞ-ın Abrams tankları may ayında ukraynalıların təlim keçməsi üçün Almaniyaya çatacaq

FILE - US soldiers operate a M1A1 Abrams during a training exercise at Bemowo Piskie, Poland, Nov. 25, 2022.

ABŞ istehsalı olan M1A1 Abrams tankları may ayında Almaniyaya göndəriləcək. Yüksək rütbəli hərbçilər bildirir ki, tanklar çatdıqdan sonra ukraynalılar tezliklə onlarla təlim keçəcək.

Xəbər ABŞ-ın müdafiə naziri Lloyd Ostinin cümə günü Ukrayna Müdafiə Təmas Qrupunun növbəti iclasına ev sahibliyi etdiyi bir vaxta təsadüf edir. İclasda 50-dən çox ölkənin hərbi liderləri Ukrayna ordusunun zireh, hava hücumundan müdafiə və sursat ehtiyaclarına diqqət yetirir.

31 Abrams tankı gələn ay Almaniyanın Grafenwöhr şəhərindəki bazaya gələcək ki, ukraynalılar burada tankları necə idarə edəcəkləri ilə bağlı 10 həftəlik kursa başlaya bilsinlər.

Təhlükəsizlik məsələlərini müzakirə etmək üçün anonimlik şərti ilə danışan rəsmilər bildiriblər ki, Qrafenvöhrdə və ya Almaniyanın Hohenfelsdəki başqa bazada əlavə qüvvə təlimi və texniki xidmət kursları da keçiriləcək.

ABŞ-ın rəhbərlik etdiyi təlimdə təxminən 250 ukraynalı iştirak edəcək. Rəsmilər bildirirlər ki, 31 Abrams tankı payıza qədər Ukraynaya çatdırılacaq ki, bu da ilkin gözlənilən tarixdən xeyli tezdir.

Cümə günü mətbuat konfransı zamanı Lloyd Ostinin bildirib ki, tankların önümüzdəki həftələrdə Almaniyaya çatdırılması ilə bağlı açıqlama gözlənilir. O həmçinin qrup üzvlərinin Ukraynaya təhlükəsizlik üçün 55 milyard dollardan çox yardım etdiyini bildirib.

“Bir ildən çox vaxt keçsə də, Ukrayna hələ də güclüdür. Dəstəyimiz sarsılmadı və mən birlikdə əldə etdiyimiz tərəqqidən qürur duyuram” deyə Lloyd Ostin bildirib.

Ostinin bildirdiyinə görə, son bir neçə ayda qrup üzvləri doqquz əlavə zirehli briqadaya dəstək vermək üçün kifayət qədər avadanlıq və təlim veriblər.

Görüşdən əvvəl Ostin, Pentaqona məxsus Ukraynadakı müharibə ilə bağlı həssas kəşfiyyat məlumatlarını özündə əks etdirən sənədlərin sızdırılmasına da toxunub. O məsələyə çox ciddi yanaşdığını və "çox dəyərli müttəfiqlərimiz və tərəfdaşlarımız" ilə işləməyə davam edəcəyini bildirib.