Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şərqində Donetsk bölgəsində ağır döyüşlərin getdiyi cəbhə xətti yaxınlığındakı Ukrayna qüvvələrinə baş çəkib. Zelenskinin səfəri Kremlin Rusiya prezidenti Vladimir Putinin Ukraynanın qismən işğal olunmuş Xerson və Luqansk vilayətlərinə səfər etdiyini elan etməsindən bir neçə saat sonra həyata keçirilib.
Prezident ofisinin aprelin 18-də verdiyi məlumata görə, Zelenski Ukrayna ordusunun Baxmut və Maryinka ilə birlikdə Rusiyanın bir neçə aydır davam edən hücumunun mərkəzində olan və Kyiv qüvvələrinin şiddətli müqaviməti ilə üzləşən Avdiyivkada qabaqcıl mövqelərinə baş çəkib.
Ukrayna prezidentinin ofisinin bildirdiyinə görə, Zelenski hərbçilərlə görüşüb, onlara xidmətlərinə görə təşəkkür edib və hərbi mükafatlar təqdim edib.
Bu açıqlama Kremlin prezident Vladimir Putinin Xerson və Luhanskda Rusiya hərbi qərargahlarına səfər etməsi barədə məlumatından bir neçə saat sonra verilib.
Kreml aprelin 18-də bildirib ki, prezident Vladimir Putin ölkənin şərqində şiddətli döyüşlərin davam etdiyi vaxt Ukraynanın qismən işğal olunmuş Xerson və Luqansk bölgələrindəki Rusiya hərbi qərargahlarına baş çəkib. Səfər edilib.
“Prezident hərbi qərargahlarda yoxlamalar aparır və xüsusi hərbi əməliyyatda irəliləyişlə bağlı yerindəcə cari məlumat alır” - deyə, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Ukraynaya səbəbsiz işğalını təsvir etmək üçün işlətdiyi ifadədən istifadə edərək jurnalistlərə açıqlamasında bildirib.
Məsələ ilə əlaqədar Ukrayna prezidentinin köməkçisi Mihaylo Podolyak Twitter hesabında yazıb ki, Putin “sonuncu dəfə əlaltılarının cinayətlərindən həzz almaq üçün işğal olunmuş və xarabalığa çevrilmiş əraziləri gəzir”.
Kreml həmçinin Putinin Rusiya Milli Qvardiyasının Luhansk vilayətindəki qərargahına vertolyotla getməzdən əvvəl Xersonun Rusiyanın nəzarətində olan hissəsində hərbi komandirlərdən hesabat aldığını əks etdirən video kadrları da yayımlayıb.
Kremlin yaydığı kadrları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Sentyabr ayında Rusiya Ukraynanın Moskvanın qismən nəzarət etdiyi Xerson, Luqansk, Donetsk və Zaporijjya bölgələrinin ilhaqını elan etmişdi. Rusiyanın bu addım dünyanın əksər ölkələri tərəfindən qeyri-qanuni olduğu üçün rədd edilib.
Səfərlə əlaqədar olaraq Kremlin mətbuat xidməti əvvəlcə bildirib ki, Putin hərbçiləri aprelin 16-da qeyd olunan pravoslav Pasxa bayramı münasibətilə təbrik edib və onlara dini ikonaların surətlərini təqdim edib. Lakin sonradan səfərin aprelin 17-də baş tutduğu bildirilib.
“Bu, dünən idi,” Peskov aprelin 18-də jurnalistlərə deyib. “Həqiqətən, prezident ikona hədiyyə edərkən deyib ki, bizdə Pasxa bayramıdır. Fakt budur ki, bizim Pasxa 40 gün davam edir və biz onu qeyd etməyə davam edirik, indi bizdə Pasxa həftəsidir,” o əlavə edib.
Ukrayna ordusu aprelin 18-də bildirib ki, döyüş cəbhəsində Rusiya qüvvələri Ukraynanın Donetsk bölgəsindəki mövqelərinə yeni hücumlar etmək üçün təyyarələrdən istifadə edib.
Region rəsmiləri xəbər verir ki, Luhansk və Xersonun fərq qoyulmadan atəşə tutulması nəticəsində bir neçə mülki şəxs həlak olub və infrastruktura böyük zərər dəyib.
Ukrayna Baş Qərargahının gündəlik hesabatında deyilir ki, Rusiya qüvvələri Donetskin Liman, Baxmut, Avdiyivka və Maryinka şəhərlərində irəliləyiş cəhdlərində operativ-taktiki və hücum aviasiyasından istifadə edib.
Məlumatda həmçinin bildirilir ki, son 24 saat ərzində Ukrayna hərbçiləri hərbi əməliyyatların episentri olaraq qalan Baxmut və Maryinkada düşmənin 70-dən çox hücumunu dəf edib.
Xüsusilə Baxmut uğrunda aylardır gedən döyüşlər Rusiyanın Ukraynaya qarşı hücumunün ən qanlı döyüşlərindən birinə çevrilib və hər iki tərəfin ağır itkilər verdiyi bildirilir.