Türkiyədə inflasiya Ərdoğanın yenidən seçilməsi qarşısında ən ciddi təhlükə hesab edilir

Your browser doesn’t support HTML5

Türkiyədə inflasiya Ərdoğanın yenidən seçilməsi qarşısında ən ciddi təhlükə hesab edilir

Artan ərzaq qiymətləri ilə üzləşən Türkiyədə İslamın müqəddəs Ramazan ayı iftarda verilən pulsuz yeməklər bəzilərinə yardım edir. Təhlilçilər deyir ki, indi inflyasiya Türkiyə Prezidenti Ərdoğanın yenidən seçilməsinə ən böyük təhdiddir.

İstanbulun orta sinif məhəlləsi olan Kadıköydə insanlar bütün günü oruc tutandan sonra iftar üçün uzun növbələrdə dayanırlar. Çoxları sendviç və ya şorba üçün bir saatdan çox növbədə gözləyirlər. Adının Əhməd olduğunu deyən bu kişinin dediyinə görə, bu, Türkiyə xalqının üzləşdiyi çətin günlərə işarədir.

“Sizcə bu insanlar nə üçün bir tikə çörək üçün burada gözləyirlər? Təəssüf ki, hər şey çox bahadır. Kirayə, iqtisayyat. İnsanlar bitkin vəziyyətdədir,” o deyir.

Müxalifətin nəzarət etdiyi İstanbul bələdiyyəsi insanlara pulsuz yemək verir. Ölkə boyu müxalifətin idarə etdiyi şəhərlər də eyni şeyi edir.

Türkiyədə mayda parlament və prezident seçkiləri keçiriləcək. Müxalifət üzvləri ölkədə hazırda 55 faizdən yüksək olan inflasiya səviyyəsinə diqqət çəkirlər.

Onlar Prezident Rəcəb Tayyib Ərdoğanı inflasiyanı nəzarətdə saxlamaq üçün faiz dərəcələrini artırmaq yerinə azaltmaq kimi qeyri-adi siyasətinə görə günahlandırırlar.

“Bu dəhşətlidir. Rəy sorğularında iştirakçıların 80 faizi iqtisadi şəraitdən şikayət edir. 80 faiz son 12 ayda hər şeyin pisləşdiyini düşünür. Orta hesabla 60 faiz vəziyyətin gələn 12 ayda daha pisləşəcəyini düşünür,” GlobalSource Partners-in Türkiyə üzrə təhlilçisi Atilla Yeşilada deyir.

Yerli fermerlər şəhər bazarında məhsullarını satmağa çalışırlar. Bir çoxları müştəri çatışmazlığından şikayət edirlər və dolanmaq üçün mübarizə aparırlar.

“Ötən illə müqayisədə qiymətlər, əsasən də heyvan yeminin qiyməti 100 faiz, bəlkə də daha çox artıb. Yemin qiyməti iki qat artıb və biz yumurtaları yetişdirib, satmaqda çətinlik çəkirik. Eynisi süt istehsalı da aiddir. Bu, son dərəcə bahadır,” fermer Meral deyir.

“Benzin qiyməti 100 faiz artıb. Biz tarlamızı icarəyə götürmüşdük və kirayələr hədsiz dərəcədə artıb. İşçilərin saatlıq əmək haqqı 150 türk lirəsi idi, indi 400 lirəyə qalxıb,” fermer Yusuf Kahveci deyir.

Ərdoğanın ən böyük nailiyyətlərindən biri illər boyu görünməmiş iqtisadi artım və bununla da güclü dindar orta təbəqənin yaradılması idi. Təhlilçilər deyir ki, həmin sinfin üzvləri Ərdoğan hakimiyyəti dünyəvilik tərəfdarı partiyalara uduzduğu təqdirdə qazanclarının itiriləcəyindən qorxurlar.

Ancaq artan inflasiya bu siyasi tənliyi dəyişə bilər.

“İqtisadi böhran bütün təbəqələrə, bütün kimliklərə təsir edir, ona görə də, qütbləşmə effekti azalır, çünki həm mühafizəkarlar, həm də dünyəvilər və bütün başqaları inflyasiyadan, iqtisadi böhrandan bərabər şəkildə təsirlənib,” Panoramatr-nin tədqiqatçısı Osman Sərt deyir.

Ərdoğan indi gündəmi dəyişməyə çalışır. Bazar ertəsi Türkiyənin ilk təyyarə daşıyıcısını istismara verən Ərdoğan millətçi dindar elektroatını arxayın etmək üçün ölkəsini regional qüdrətə çevirdiyini vurğulayıb.

Həmin elektoratın ona sadiq qalıb-qalmadığı isə gələn ay seçkidə bəlli olacaq.