Təqribən 4 ay əvvəl nəzarətə alındığı gündən bəri məhkəmə hökmü olmadan Tehranda kəşfiyyat şöbəsində nəzarətdə saxlanılan türk dil haqları fəalı Mahmud Ocaqlı Evin həbsxanasının 1-ci bölməsinə köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, siyasi fəal sorğu-sual prosesinin bitməsindən sonra bazar ertəsi günü kəşfiyyat qurumunun təcridxanasından Evin həbsxanasına aparılıb.
Ocaqlı keçmiş illərdə də göstərdiyi fəaliyyətlər səbəbilə, o cümlədən Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar həbs və mühakiməyə məruz qalıb.
O, keçən ilin dekabr ayında Tehranda iş yerində saxlanılıb. HRA-nın bildirdiyinə görə, məhkəmə 45 günlük saxlanılmadan sonra Ocaqlı haqqında müvəqqəti azadlıq qərarı çıxarıb, ancaq ailəsinin mülki zəmanəti hazırlamalarına rəğmən sərbəst buraxılmayıb.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Mahmud Ocaqlı "İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək" və "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq"da ittiham edilir.