İran höküməti "islami qaydalara riayət etməmək" iddiası ilə iş yerləri və ticarət obyektlərini möhürləməkdə davam edir.
İran mətbuatı Həmədan vilayətinin Həmədan şəhərində bir kafenin rəqs və mahnı ifası və hicaba riayət etməmək iddiası ilə möhürləndiyinə dair məlumat yayıb.
Yarı-rəsmi Mehr agentliyinin Həməndan vilayət prokurorluğuna istinadən yaydığı xəbərdə mövzu ilə bağlı təqsirli bilinən iki nəfərin saxlanıldığı bildirilib.
"Həmədan prokuroru Həsən Xancani Həmədan şəhərində hicab qaydalarına riayət edilməməsinə və hicabsızlığa zəmin yaradan şəxlərə qarşı ölçü götürüldüyünü deyib. Prokuror rəqs və mahnı ifasına yol verən bir kafenin möhürləndiyini açıqlayıb," Mehr agentliyi yazıb.
SEE ALSO: İran höküməti Qəzvində 'hicab qaydalarına riayət edilmədiyi' iki iş yerini möhürləyibXancani həmçinin deyib ki, "cəza qanununun 639-cu maddəsinə uyğun olaraq kafedə baş verənlər ilə bağlı təqsirli bilinən iki şəxs haqqında başqalarını fəsad və əxlaqsızlığa təşviq etdikləri üçün həbs qərarı çıxarılıb və həbsxanaya göndəriliblər."
Prokurorun açıqmalarına görə, "hicabsızlıq bariz qanunsuzluqdur və hüquq-mühafizə məmurları şəxsi saxlayıb, haqqında iş açıb və məhkəmə qurumuna göndərmə səlahiyyətinə sahibdirlər."