Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə müsahibədə deyib ki, İrandakı son ümummilli etirazlardan sonra İran müxalifətində siyasi cərəyanlar arasında bir yaxınlaşma və ya birləşmə baş vermədi, ancaq əsas müxalif cərəyanların öz içlərindəki birlik və həmrəylik gücləndi.
Mərdani xaricdəki İran müxalifətinin dörd əsas xətdən ibarət olduğunu deyib.
"Müxalif cərəyanları dörd yerə bölə bilərik. Birincisi, İranın son şahının oğlunun ətrafında olanlar. İki, qeyri-fars millətlər. Üç, Xalqın Mücahidləri (MEK) və dörd, özlərini demokrat adlandıran ki, misal üçün cümhuriyyətçilər və feministlər kimi qruplardan ibarətdir. Etirazlardan sonra bunların arasında elə bir birlik yaranmayıb. Ancaq, bunların hər birisinin öz içində olan fərqli və çeşitli baxışlar öz aralarında daha birlik ola bildilər" , o bildirib.
Your browser doesn’t support HTML5
Siyasi fəalın sözlərinə görə, ümummilli etirazların ardınca əsas siyasi cərəyanlar öz görüşlərini daha şəffaf bir şəkildə ortaya qoyduqları üçün fərqli düşünən kəsimləri uzaqlaşdırsalar da, öz bazalarındakı sıraları daha çox birləşdirə bildilər:
SEE ALSO: Sadiq İsabəyli: Bəziləri Təbrizdə səsləndirilən tələblərin Tehranın tələbləri ilə eyni olduğunu göstərməyə çalışır"Son etirazlardan sonra hər kəsim çalışır ki, öz qüvvələrini bir yerə toplasın. Bu da şəffaflıqdan asılıdır. Misal üçün şahçılar öz niyyətlərini daha şəffaf ortaya qoyduqları üçün insanları özlərindən uzaqlaşdırırlar, ancaq özlərinə yaxın olanları bir yerə toplayıb cəmləşdiriblər. Dolayısı ilə hazırkı mərhələdə şəffaflıq əsasdır".
Əmir Mərdani deyib ki, şəffaf siyasətin əsas olduğu bu mərhələdə milli hərəkata mənsub qüvvələr "özünü senzura" tətbiqinə son qoymalıdırlar.
Onun dediklərinə görə, "İran artıq çalxalanır və biz bundan öncə özünü senzura siyasətinə yol vermiş olsaq da, indi tam zamanıdır ki, şəffaf şəkildə öz şüarlarımızla ortada olaq... Bizim böyük zəifliklərimizdən biri budur ki, biz millətimizlə çox şəffaf ola bilməmişik. Dolayısı ilə, millətimiz milli hərəkatın içində olan qüvvələrin fikirləri ilə o qədər də tanış ola bilməyib. Bu səbəbdən, millət bizim fikirləri bilmədiyi üçün bizim bazadan bizə rəqib düşüncələrə basqı gələ bilmir".
SEE ALSO: Babək Çələbiyanlı: Azərbaycan Milli Hərəkatına mənsub heç bir təşkilat hüquqlarımızı tanımayanlar ilə əməkdaşlıq etməzMərdani əlavə edib ki, "bizdə biraz şəffaflıqdan qaçmaq var. Bəzi fəallar və təşkilatlarda özünü senzura var. Yəni, öz istəklərimizi ap-açıq demədən yola davam etmək istəyirik ki, bəlkə bizə qarşı olan siyasi qüvvələrin nəzərini özümüzə cəlb edək. Bu ilk başda siyasətçilik kimi görünə bilər. Ancaq, əməldə nəticə vermir. Biz özünü senzuraya davam etsək, öz millətimizin bizə olan baxışını itirəcəyik. Yəni, bizə rəqib qüvvələrə basqı gətirə bilən o güc və o potensialı itirəcəyik".